İnsanlara hürriyət, millətlərə istiqlal!

​Xaçmazda maşın kanala aşıb, 4 nəfər itkin düşüb

1092 17.06.2016 22:47 Son xəbər A A

Xaçmaz rayonunun Gödəkli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, ərazidən keçən minik maşını idarəetməni itirərək Xan arxına düşüb.

Avtomobildə 4 nəfər olub. Onların hamısının Gödəkli kənd sakinləri olduqları bildirilir.
Hazırda Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Regional İdarəsinin dalğıc- xilasediciləri kanalda itkin düşənlərin axtarışlarını davam etdirirlər. Axtarış işlərini asanlaşdırmaq məqsədi ilə kanalda suyun həcmi azaldılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR