İnsanlara hürriyət, millətlərə istiqlal!

Valyutadəyişmə məntəqələrinin lisenziyalar ləğv olundu: 6 min iş yeri bağlandı - FOTOLAR

11765 13.01.2016 12:11 Son xəbər A A
Azərbaycanda fəaliyyət göstərən valyutadəyişmə məntəqələri bağlandı.

Bu məlumatı musavat.com-a valyutadəyişmə məntəqələrinin sahibləri veriblər. Bu gün onlara lisenziyalarının ləğv edildiyi bildirilib və fəaliyyətlərini dayandırmaları tələb olunub.

Hazırda 28 May küçəsində yerləşən "exchange"lər işləmir. Bütün valyutadəyişmə məntəqələri bağlıdır.

"Mərkəzi Bankdan xəbərdarlıq gəldi ki, sizin lisenziyalar ləğv edilib. Mənim valyutadəyişmə məntəqəm Azadlıqdadır. 6 min iş yeri bağlandı. Səbəb olaraq da deyirlər ki, devalvasiyanı, süni bahalaşmanı "exchange"lər yaradırlar" - deyə Amil Mürvətov adlı şəxs bildirib.

Hazırda bütün "exchange"lər bağlıdır.

İlkin Muradov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR