İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə prezidenti kişi ilə qadının bərabərliyini sual altına alıb

1289 25.11.2014 10:02 Son xəbər A A
Türkiyə prezidenti kişi ilə qadının bərabərliyini sual altına alıb. Rəcəb Tayyib Ərdoğan deyib ki, islam qadının mövqeyini açıq-aydın izah edib-qadın anadır.

Qadın və ədalət mövzusunda keçirilən İstanbul konfransında danışan prezident bildirib ki, qadın və kişinin bərabərləşdirilməsi təbiətə ziddir.

Associated Press Türkiyənin dövlət başçısına istinadən xəbər verib ki, Ərdoğan qadınların torpaq belləməsinin onların zərif təbiətlərinə zidd olduğunu bildirib.  

Ərdoğan feminizmin analıq məfhumu ilə ziddiyət təşkil etdiyini vurğulayıb.

Prezident cənnətin anaların ayaqları altında olduğunu deyib.  “Ananın ayağının altı öpülür. Mən anamın ayağının altını öpərdim. Anam nazlanardı. Mən ona ayaqlarının altında cənnətin iyi gəldiyini deyərdim. Bunu feministlər başa düşməz. Çünki onlar analığı qəbul etmirlər. Lakin bunu başa düşənlər bizə kifayət edər”- deyə prezident bildirib ("Amerikanın səsi").

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR