İnsanlara hürriyət, millətlərə istiqlal!

Rayonlara yağan dolu təsərrüfatlara ciddi ziyan vurub - VİDEO

1995 04.06.2016 21:48 Son xəbər A A
Bu gün Şəkidə yağan dolu və güclü yağış küləklə müşayiət olunub. Hətta vəziyyət o yerə çatıb ki, sürücülər maşınları saxlamalı olublar. Bəzi kəndlərdə leysan və doluya görə sel də yaranıb. Bənzər hava Tovuzun da dağ kəndlərində müşahidə olunub.

Günorta saatlarında güclü külək və leysan, hətta dolu ağacları aşırıb, budaqları sındırıb.

Şahidlərin sözlərinə görə, əvvəlcə yağış yağmaya başlayıb, arxasınca güclü külək. Yağıntı leysan və doluya da çevrilib, hətta görmə məsafəsi xeyli azalıb.

Bəzi sürücülər yolda olarkən doluya tutulub, avtomobilləri saxlamalı olublar.

Şəki regional Hidrometeorologiya müəssisəsindən verilən məlumata görə,  dolu əsasən Şin, Şorsu və Aşagı Qaradaglı kəndlərində müşahidə olunub.

Yağıntılı hava şəraiti şimal-qərb bölgəsi ilə yanaşı, qərb bölgəsində də müşahidə olunub. Bu kadrlar Tovuz rayonunun Sofular kəndindəndir. Sakinlərin bildirdiyinə görə, diametri azı 5-6 santimet olan dolu damlarin şifer örtüyünə xeyli ziyan vurub. Bununla yanaşı əkinə və meyvə bağlarına da ciddi ziyan dəyib.

 “Xəzər Xəbər” mövzu ilə bağlı daha ətraflı videomaterilaı təqdim edir:


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR