İnsanlara hürriyət, millətlərə istiqlal!

Qvineyada məscid açılışında qarşıdurma: 59 yaralı

656 28.05.2016 23:03 Son xəbər A A

Qvineya Respublikasının cənubunda yerləşən Timbo şəhərində yeni məscidin açılışı zamanı polislə gənclər arasında qarşıdurma yaşanıb.

Musavat.com "Reuters" agentliyinə istinadən xəbər verir ki, qarşıdurma zamanı 59 nəfər xəsarət alıb.

Məlumata görə, məscidin açılışında iştirak etmək istəyən çox saylı insanı polis içəri buraxmaq istəməyib. İçəri daxil ola bilməyən bir qrup gənc polisə daşla hücum edib. Polis isə öz növbəsində onlara qarşı güc və gözyaşardıcı qazdan istifadə edib.

Timbo şəhərinin 50 kilometrliyində yerləşən Mamu şəhər xəstəxanasının baş həkimi bildirib ki, təkcə onların xəstəxanasına qarşıdurmadan zərər çəkən 59 nəfər gətirilib.
 
Aygün SƏFƏRLİ
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR