İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərb Universiteti Paris Sorbon Əbu-Dabi universiteti ilə əməkdaşlığa başladı

856 13.01.2017 14:52 Son xəbər A A
Yarandığı gündən dünyanın aparıcı elm və təhsil mərkəzləri ilə əməkdaşlıq layihələri quran Qərb Universiteti Paris-Sorbon Əbu-Dabi Universitetinin qapılarını Azərbaycan tələbələri üçün açdı.

Qərb Universitetinin mətbuat xidmətindən verilən məlumata görə, 13 yanvar 2017-ci il tarixində Qərb Universitetində Paris-Sorbon Əbu-Dabi universitetinin (PSUAD) fransız dili təməl mərkəzinin açılış mərasimi keçirildi. Açiliş mərasimində Paris-Sorbon Əbu-Dabi universitetinin rektoru professor Erik Fuaş, Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşez, PSUAD-ın biznes inkişaf üzrə məsləhətçisi cənab İmran Muxtarov və Qərb Universitetinin rəhbərliyi iştirak etdilər.

Paris-Sorbon Əbu-Dabi Universiteti XII əsrdə əsası qoyulmuş Paris Sorbon Universitetinin təhsil sahəsindəki əlamətdar irsini davam etdirir. Bu əməkdaşlıq çərçivəsində Qərb Universitetində fəaliyytə başlayan fransız dili təməl proqramını müvəfəqiyyətlə bitirən tələbələr Paris-Sorbon Əbu-Dabi Universitetinin diplomunu əldə edəcək və birbaşa Fransanın istənilən universitetlərində təhsillərini davam etdirmək imkanı əldə edəcəklər. Fransız dilinin tədris proqramı “Dillərin öyrənilməsi, tədrisi və qiymətləndirilməsi üzrə ümumavropa çərçivə sənədi”nin (CECR) tərkib hissəsidir və fransız dili təməl proqramının tədrisi təkmilləşmiş yüksək ixtisaslı professor heyəti tərəfindən həyata keçirilir.


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR