İnsanlara hürriyət, millətlərə istiqlal!

İSTİQLALÇI DEPUTATLAR (SİYAHI)

10301 19.10.2011 12:32 Son xəbər A A

Bir qyda olaraq mediada “istiqlalçı deputatlar” kimi 43 nəfər adamın adı hallanır. Son günlər mətbuatda da yazılan yazılarda məhz 43 deputatın adı hallandı. Azərbaycan xalqının müstəqillik istəyinə 1991-ci ildə parlamentdə məhz həmin 43 nəfər səs verdiyi qeyd olundu.

Ancaq qeyd etmək lazımdır ki, adları xatırladılan 43 nəfər millət vəkili dedikdə 1991-ci il oktyabrın 18-də Azərbaycanın müstəqilliyi ilə bağlı Konstitusiya aktına qol çəkmiş insanlar deyil, ondan 7 ay əvvəl 7 mart 1991-ci ildə SSRİ-nin saxlanması ilə bağlı referendum keçirilərkən buna qarşı çıxan, yəni faktiki olaraq SSRİ-nin dağılması və Azərbaycanəın müstəqil olmasına səs verən insanlar nəzərdə tutulur. Həmin vaxt Ali Sovetdə keçirilən səsvermədə 350 nəfər deputatdan iştirak etməyənlər çıxılmaqla yerdə qalanlar (43 deputat əleyhinə olmaqla) SSRİ-nin saxlanılmasına səs veriblər. rəsmi məlumata görə, həmin iclasda iştirak edən deputatların 254 nəfəri SSRİ-nin saxlanmasının isə lehinə, 43 deputat isə əleyhinə səs verib. 6 nəfər bitərəf qalıb, 47 deputat isə iclasda iştirak etməyib.

Yeri gəlmişkən istiqlalçı deputatlar adlarını qeyd edək:
İxtiyar Şirinov, Firudin Cəlilov, Dilarə Əliyeva, Füzuli Axundov, Aydın Məmmədov, Əyyam Musayev, Vaqif Novruzov, Vahid Əhmədov, Ramiz Fətəliyev, Cümşüd Nuriyev, Məmməd Xələfov, Etibar Məmmədov, Nəriman Həsənzadə, İsa Qəmbər, Sabir Rüstəmxanlı, Tofiq Bağırov, Mürşüd Məmmədli, Şadman Hüseynov, Faiq Baxşəliyev, Mirmahmud Fəttayev, Ədalət Rəhimov, İsgəndər Həmidov, Mətləb Mütəllimov, Tahir Əliyev, Rəhim Qazıyev, Tamerlan Qarayev, Eldar Bağırov, Tofiq Qasımov, Məryəm Həsənova, Arif Hacılı, Tahir Kərimli, İsmayıl Şıxlı, Yusif Səmədoğlu, Maşallah Abdullayev, Hacıbaba Əzimov, Bayram Bayramov, Hicran Kərimli, Heydər Əliyev, İbrahim İbrahimli, Allahverdi Həsənov, Sülhəddin Əkbər, Şahmərdan Cəfərov, Fərəc Quliyev. Bu şəxslərin 14-ü dünyasını dəyişib. Bir neçə nəfər mühacirətdə yaşamağa məcbur edilib. Arif Hacılı hazırda həbsdədir.

Aşağıdakı siyahıda isə həmin vaxt SSRİ-nin saxlanılmasına və faktiki olaraq Azərbaycanın istiqlaliyyətinə qarşı çıxan deputatlardan bəzilərinin adlarını qeyd edirik:

1. Arif Rəhimzadə - Deputat, Milli Məclisdə komissiya sədri
2. Yaşar Əliyev - Azərbaycanın BMT-dəki nümayəndəsi
3. Abbas Abbasov - Baş nazirin sabiq birinci müavini
4. Fikrət Sadıqov - "Azərkimya" DŞ-nin keçmiş prezidenti
5. Samur Novruzov – sabiq nazir, vəfat edib
6. Eldar İbrahimov - MM-in Aqrar Siyasət komissiyasının sədri
7. Şaitdin Əliyev – sabiq deputat
8. Gülnarə Qurbanova – işsiz, Şıxəli Qurbanovun qızı
9. Mixail Zabelin - YAP Siyasi Şurasının üzvü, deputat
10. Soltan Məmmədov – biznes fəaliyyətilə məşğuldur
11. Zeynəb Xanlarova – xalq artisti, deputat
12. Madər Musayev – işadamı, Binəqədi rayonunun “əbədi” deputatı
13.Yaşar Rzayev - Lənkəranın keçmiş icra başçısı 
14. Gennadi Timoşenko – sabiq deputat
15. Həsən Həsənov - keçmiş baş nazir, Macarstandakı səfir
16. Əli Həsənov - Baş nazirin müavini,"Qaçkınkom"un sədri
17. Şair Həsənov - Mənzil Kommunal Təsərrüfatı Komitəsi sədri
18. İrşad Əliyev – sabiq Kənd Təsərrüfatı naziri
19.Əhməd Əhmədzadə - Su və Meliorasiya komitəsinin sədri
20.Aslan Süleymanov - işsiz
21.Arif Ağayev - Yasamalın keçmiş icra başçısı
22.Şamil Həsənov - Ağcəbədinin keçmiş icra başçısı
23.Sahib Əkbərov - Kəlbəcərin icra başçısı
24.Tapdıq Kamalov - deputat
25.Rüfət Əsədov - NK-da şöbə müdiri
26.Tofiq Bağırov - Cəlilabadın keçmiş icra başçısı
27.Arif Mövsümov - NK-da şöbə müdiri, vəfat edib
28.Mirhəmzə Əfəndiyev – Belçikadakı sabiq səfir
29.Telman Orucov - ADP-nin keçmiş katibi

Yeri gəlmişkən, qeyd edək ki, 18 oktyabr 1991-ci ildə Azərbaycan Ali Sovetində keçirilən səsvermədə iştirakçıların demək olar ki, hamısı Azərbaycanın SSRİ-nin tərkibindən çıxaraq müstəqil olmasına səs verib. Həmin vaxt deputat olmuş Cahangir Hüseynov ötən il əməkdaşımızla söhbətində bildirmişdi ki, 18 oktyabrda baş tutan səsvermədə o da bütün deputatlar kimi, müstəqilliyə səs verib: “1991-ci ilin oktyabrın 18-də Azərbaycanın müstəqilliyi ilə bağlı keçirilən səsvermədə həmin vaxt sessiyada iştirak edən deputatların hamısı lehinə səs verdilər. Hətta o zaman mən maraqlandım, fikirləşdim ki. Bəlkə kimsə əleyhinə səs verər, ancaq gördüm ki, hamı lehinə  səs verdim. O zaman Ali Sovetin 340 deputatı vardı, həmin vaxt iclasda iştirak etməyənlər də vardı. Amma mən diqqət etdim ki, iştirakçıların hamısı müstəqilliyə səs veriblər”.

Kənan


 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR