İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan fəlakətlə üz-üzə

3612 22.11.2014 11:12 Son xəbər A A
Ermənistanda yoxsulluğun səviyyəsi durmadan artır və ötən ildə 32 faiz təşkil edib.

ANS PRESS-in məlumatına görə, Ermənistanın Milli Statistika Xidmətinin əhalinin siyahıya alınması və demoqrafiya şöbəsinin rəhbəri Karine Kuyumdjyan bildirib ki, bu göstərici miqrasiyaya da təsir göstərib, emiqrantların sayı artıb, yoxsulluq sürətlənir.

O deyib: "Bilirsiniz, bunu müqayisə etmək çox çətindir, çünki indiyədək belə dərin böhran yaranmamışdı və müqayisə aparılmamışdı. Ancaq 2013-cü ildə tədqiqat aparıldı, ev təsərrüfatlarının miqrant-üzvləri ilə əlaqədar sorğular keçirildi və aydınlaşdı ki, əhalinin 9.6% miqrantdır."

Onun sözlərinə görə, 2013-cü ildə dövlətlərarası miqrasiya 44% təşkil edib, orta göstərici 26 min nəfər olub.

K.Kuyumdjyan bildirib ki, demoqrafik vəziyyətə gəlincə, respublikada ötən ildə doğum sayı üzrə göstərici 41 min 790 uşaq təşkil edb. Bu, əvvəlki illə müqayisədə azalma deməkdir. Bu faciəvi durumun araşdırılmasına və qarşısının alınmasına çox böyük ehtiyac duyulur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR