İnsanlara hürriyət, millətlərə istiqlal!

İki təyyarənin toqquşmasının qarşısını alan pilot 450 min dollar aldı - VİDEO

3871 04.11.2016 23:20 Son xəbər A A
 
Çində “China Eastern” aviaşirkətinin pilotu üç milyon yuan (450 min dollar) mükafatlandırılıb. 

Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, buna səbəb pilotun ustalığı nəticəsində iki sərnişin təyyarəsinin eniş zolağında toqquşmasının qarşısı alınıb.

Məlumata görə, hadisə oktyabrın 11-də Şanxayda baş verib. Bir təyyarə havaya qalxmaq istəyən zaman digər bir təyyarə həmin zolağa eniş edib. Pilot toqquşmaya bir neçə saniyə qalmış təyyarəni havaya qaldıra bilib. Aparılan istintaqdan sonra məlum olub ki, bütün bunlar dispetçerin səhvinə görə baş verib.
 
Aygün Səfərli
Musavat.com
 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR