İnsanlara hürriyət, millətlərə istiqlal!

Hacıqabulda avtomobil aşıb, ölən və xəsarət alanlar var

1057 14.01.2017 17:50 Son xəbər A A
Bakı-Qazax magistralının Hacıqabul rayonunun ərazisində keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, “Pajero” markalı avtomobil rayonun Padar kəndi ərazisində hərəkətdə olarkən yoldan çıxaraq aşıb.
 
İlkin məlumata görə, nəticədə bir nəfər ölüb, 3 nəfər xəsarət alıb. Xəsarət alanlar Şirvan xəstəxanasına yerləşdiriliblər.
 
Faktla Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR