İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər əllərində olmayan meyitlərlə “vidalaşır”: Sarkisyanin yalançı göz yaşları (FOTO, VİDEO)

8159 24.11.2014 23:40 Son xəbər A A


Irəvanda Azərbaycan ərazilərində vurulmuş Ermənistan hərbi helikopterinin ölən pilotları ilə  “vida” mərasimi keçirilir. Musavat.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, Surb Sarkis Nor Nork kilsəsindəki mərasimdə Ermənistan prezidenti Serj Sarkisyan, baş nazier Ovik Abramyan, müdafiə naziri Seyran Ohanyan, Dağlıq Qarabağdakı erməni silahlı dəstələrinin komandiri Movses Akopyan iştirak edir 

Qeyd edək ki, Azərbaycanın Müdafiə Nazirliyi bəyan edib ki, noyabrın 12-də Ermənistan silahlı qüvvələrinə məxsus helikopterin düşdüyü ərazidən meyitlərin qalıqlarının çıxarılması ilə əlaqədar guya xüsusi əməliyyat keçirilməsi və Azərbaycan Silahlı Qüvvələri bölmələrinin bu istiqamətdə itki verməsi barədə erməni tərəfinin yaydığı məlumatların heç bir əsası yoxdur, bu məqsədyönlü surətdə yayılan növbəti təxribatdır və yalandır: “Düşmən tərəfinin vurulmuş helikopterdəki meyitlərin adı altında hər hansı bir qalıqları nümayiş etdirə biləcəyi ehtimalını əvvəlcədən təxmin edərək bildiririk ki, bu ancaq erməni xalqını aldatmaq niyyətilə əvvəllər verdikləri itkilərin nümayişi ola bilər”.

Müdafiə Nazirliyi bildirib ki, ermənilər helikopterin düşdüyü ərazidə daim vəziyyəti gərginləşdirir və beynəlxalq qurumları da bu məsələyə cəlb etməyə cəhd göstərirlər. Həmin istiqamətdə Azərbaycan Silahlı Qüvvələri heç bir itki verməyib və ərazi tam nəzarət altındadır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR