İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğandan Məhəmməd Əli mesajı...-FOTO

3510 04.06.2016 22:21 Son xəbər A A


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Parkinson xəstəliyindən 74 yaşında həyatını itirən əfsanəvi boksçu Məhəmməd Əli üçün şəxsi “Twitter” hesabından mesaj paylaşıb.

Musavat.com-un məlumatına görə, prezident Ərdoğan Məhəmməd Əlinin dünyasını dəyişməsi ilə bağlı bunları yazıb: “Dünən əbədiyyətə qovuşan Məhəmməd Əli milyonların qəlbini fəth edən böyük bir idmançı və gözəl insan idi”.

Məşhur idmançının daim irqçiliyə qarşı vuruşduğunu qeyd edən Türkiyə dövlət başçısı yazıb: “Məhəmməd Əlinin ömrü boyu irqçiliyə və ayrı-seçkiliyə qarşı verdiyi azadlıq mübarizəsi heç zaman unudulmayacaq”.

Sonda R.T.Ərdoğan “Əzmi, cəsarəti, qərarlılığı bütün insanlığa ilham qaynağı olan Məhəmməd Əliyə Allahdan rəhmət diləyirəm”deyə qeyd edib.
 
Aygün,
Musavat.com


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR