İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda dəhşətli qəza: 1 ölü, 6 yaralı

2373 09.06.2016 16:55 Son xəbər A A

Zaqatalada ölümlə nəticələnən yol qəzası baş verib. 

Rayonun Mərkəzi Xəstəxanasından ANS PRESS-ə verilən məlumata görə, hadisə bu gün saat 16.00 radələrində Yevlax-Balakən-Gürcüstan magistral yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. “Mercedes” və “VAZ-2106” markalı avtomobillərin toqquşması nəticəsində 1 nəfər dünyasını dəyişib, 6 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar dərhal mərkəzi xəstəxanaya çatdırılıblar. Həmin şəxslər aşağıdakılardır:

1. İntiqam Allahverdi oğlu Bəkirov - 1991-ci il təvəllüdlü, Zaqatala rayonunun Qımır kənd sakini

2. Abdurrahman Nəzir oğlu Hacıyev- 2003-cü il təvəllüdlü, Zaqatala rayonunun Qazangül kənd sakini

3. Zöhrə Nəzir qızı Hacıyeva- 1996-cı il təvəllüdlü, Zaqatala rayonunun Qazangül kənd sakini

4. Sevil Aslan qızı Nəzirova- 1976-cı il təvəllüdlü, Zaqatala rayonunun Qazangül kənd sakini

5. Mədinə Abdulla qızı Mustafayeva- 1964-cü il təvəllüdlü, Şəki rayonunun Aşağı Göynük kənd sakini

6. Gülnar Mais qızı Sadıqova- 1993-cü il təvəllüdlü, Şəki rayonunun Aşağı Göynük kənd sakini

Ölən şəxs isə 1932-ci il təvəllüdlü, Zaqatalanın Qazangül kənd sakini  Hacıyeva Pərixan Əhməd qızıdır. 

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR