İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağdamda gizirimiz ağır yaralanıb

2392 06.01.2015 17:05 Son xəbər A A
Ağdamın Xındırıstan kəndi ərazisində ordumuzun giziri, 1979-cu il təvəllüdlü Şamo Əhməd oğlu Məmmədov ağır yaralanıb. Redaksiyamıza daxil olan məlumata görə, gizir döyüş zamanı bir ayağının itirilməsi ilə nəticələnən ağır xəsarətlər alıb. Digər bir məlumatda gizirin minaya düşdüyü bildirlir. Yaralı gizir Sarıcalı hospitalına aparılıb. Yaxınlarının  verdiyi məlumata görə, durumu ağır olduğundan onu təcili yardım maşını ilə Bakıya göndəriblər. Məlumatı dəqiqləşdirmək üçün Müdafiə Nazirliyinə sorğu ilə müraciət etmişik. Sorğumuza veriləcək cavabı da təqdim edəcəyik. 

E.MƏMMƏDƏLİYEV

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR