İnsanlara hürriyət, millətlərə istiqlal!

9-CULARIN İMTAHANLARININ CAVABI 27-DƏ AÇIQLANACAQ

9811 25.06.2011 15:56 Son xəbər A A

Modern.az saytının məlumatına görə, 2-17 iyun aralığında respublikanın 60 şəhər və rayonunda ümumi orta təhsil (9-cu sinif) səviyyəsi üzrə mərkəzləşdirilmiş qaydada test üsulu ilə buraxılış imtahanları keçirilib.

9-cu siniflər üzrə buraxılış imtahanları ana dili və riyaziyyatdan keçirilib. 50 sualın 25 - i ana dilinə qalan 25 - i isə riyaziyyat fənninə aid idi.

Hər bir fənn üzrə sualların 20% - dən 50% - nə qədər düz cavab verən şagird “3”, 50% - dən 80% - nə qədər düz cavab verən “4”, 80%-dən 100%-ə qədər düz cavab verən şagird isə “5” ilə qiymətləndirilib.  Məsələn, 25 sualdan ən azı 5, ən çoxu 12 suala düz cavab verən şagird “3”, ən azı 13, ən çoxu 19 suala cavab verən şagird “4”, ən azı 20 və daha artıq suala düz cavab verən şagird “5” qiyməti alıb.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi prinsiplərinə uyğun olaraq, 9-ci sinif şagirdlərinin şəhadət­namələrinə yazılacaq ye­kun qiymət şagirdin fənn üzrə sınaq imtahanının nəticələri, VIII və IX siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymət­ləri əsasında hesablanacaq.

2010-2011-ci tədris ilində ölkəmizin ümumi təhsil məktəblərinin buraxılış (11-ci və 9-cu) siniflərini 101521 şagird bitirib.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR