İnsanlara hürriyət, millətlərə istiqlal!

14 günə 100 dollar 6 manatdan çox bahalaşıb

2691 19.01.2017 12:20 Son xəbər A A
14 gün ərzində 100 dolların rəsmi qiyməti 6 manat 4 qəpik artıb. Novator.az bunu ABŞ dollarının 2017-ci ilin əvvəlindən hansı templə bahalaşmasına nəzər salaraq müəyyən edib.

Mərkəzi Bank bu ilin ilk iş günü olan yanvarın 5-də 100 dolların qiymətini 177 manat 7 qəpik müəyyən edib.

Bir gün sonra 100 dollar 35 qəpik bahalaşıb, həmin qiymət ayın 12-dək dəyişməyib.

Yanvarın 13-də 100 dolların qiyməti 1 manat 25 qəpik artıb və ayın 16-dək rəsmi məzənnə sabit qalıb.

Mərkəzi Bank növbəti qiymət dəyişikliyini ayın 17-də edib: 100 dollar 1 manat 78 qəpik bahalaşaraq 180 manat 45 qəpiyə qalxıb.

Yanvarın 19-dan 100 dolların qiyməti 2 manat 66 qəpik artaraq 183 manat 11 qəpik olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR