İnsanlara hürriyət, millətlərə istiqlal!

Yadigar Sadıqov məktub yazıb

1303 06.07.2013 18:28 Son xəbər A A
Ötən ayın 27-də Lənkəranda qondarma ittihamlarla həbsə alınan Yadigar Sadıqovdan (Müsavat başqanının müşaviri) yeni xəbər var. Siyasi funksionerin dostu və partiya yoldaşı Elman Fəttahın musavat.com-a verdiyi məlumata görə, Kürdəxanı təcridxanasında saxlanılan Yadigar Sadıqov dost və yoldaşlarına məktub göndərib.

Məktubun mətnində deyilir: "Bütün dostlarıma, əqidədaşlarıma salam göndərirəm. Məndən ötrü narahat olmayın. Azad insan hər yerdə azaddır. Sadəcə seçki ilində süni offsaydda saxlanmağım, düşərgəyə kömək edə bilməyəcəyim fikri sıxıcıdır. 
Özünüzdən muğayat olun.
Tanrı Azərbaycanı qorusun.
Yadigar Sadıqov
05.07.2013, Kürdəxanı"

Xatırladaq ki, Müsavat başqanın müşaviri Lənkəranda siyasi fəallıq göstərdiyinə görə hakimiyyətin hədəfinə çevrilib və iyun ayının sonlarında quraşdırılmış təxribatə cəlb edilərək həbsə alınıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR