İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva AŞPA-da Almaniyaya etirazını bildirib

1047 20.06.2016 21:08 Siyasət A A
Millət vəkili Q.Paşayeva AŞPA-da çıxış edərək qondarma erməni soyqırımı yalanları ilə bağlı qərar qəbul edən Almaniya Bundestaqınının qərarına etirazını bildirib və qınayırıq deyib.

 AŞPA-da “Azad müzakirələr” zamanı çıxış edən millət vəkili Q.Paşayeva İyunun 2-də qondarma erməni soyqırımı yalanları ilə bağlı qərar qəbul edən Almaniya Bundestaqının bu addımının doğru olmamasından danışıb. Millət vəkili Q.Paşayeva Almaniya Parlamentinin qondarma, sözde erməni soyqırımı yalanları ilə bağlı qərar qəbul edən Almaniya Bundestaqının bu addımını qınayırıq deyib: “100 il əvvəl baş verən hadisələri heç bir əsas olmadan, heç bir beynəlxalq məhkəmənin və ya tarix komissiyasının qərarı olmadan soyqırım adlandıranlar və qərar qəbul edənlər böyük ədalətsizliyə yol veriblər”- deyən millət vəkili üzv ölkələri bu cür addımlardan çəkinməyə çağırıb.

Millət vəkili Q.Paşayeva AŞPA-da Şahbaz Quliyev və Dilqəm Əsgərovdan danışıb və onların azadlığa buraxılması üçün Ermənistana təzyiq göstərməyə çağırıb. AŞPA-da “Azad müzakirələr” zamanı çıxış edən millət vəkili Q.Paşayeva Assambleyaya çağırış səsləndirib:" Mən sizin diqqətinizə çox vacib bir məsələni çatdırmaq istəyirəm və bu problemin həllində səylərinizi artırmağa çağırıram. Ermənistan tərəfindən girov götürülən azərbaycanlılar - Şahbaz Quliyev və Dilqəm Əsgərova qarşı bütün beynəlxalq normaları pozaraq insanlıqdan kənar əməllər həyata keçiriblər. Onlar neçə aylardır qeyri-qanunu olaraq saxlanılarlar.

Beynəlxalq ictimaiyyətin və Assambleyamızın çağırışlarına baxmayarq Ermənistan hələ də onları qeyri-qanuni saxlamaqda davam edir. Şahbaz Quliyev və Dilqəm Əsgərovun ailələri sizdən, Assambleyamımızdan daha böyük dəstək gösləyirlər.Mən Assambleyamızı Şahbaz Quliyev və Dilqəm Əsgərovun azadlığa buraxılması üçün səylərini daha da artırmağa çağırıram. Biz ümid edirik ki siz, Assambleyamız Şahbaz Quliyev və Dilqəm Əsgərovun insan haqlarının Ermənistan tərəfindən pozulmaqda davam etməsinə laqeyid qalmayacaq və ciddi addımlar atacaqsınız. AŞPA bu məsələyə özünün sərt münasibətini göstərməli və onların azadlığı üçün addımlar atmalıdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR