İnsanlara hürriyət, millətlərə istiqlal!

AŞPA ermənilərin arzusunu gözündə qoydu

3534 24.01.2017 08:50 Siyasət A A

Avropa Şurası Parlament Assambleyasının qış sessiyası öz işinə başlayıb. Assambleyanın Monitorinq Komitəsinin üzvü, millət vəkili Elxan Süleymanov AŞ PA-nın 2017-ci il qış sessiyasının açılışından - iclasın gedişi barədə müsavat.com-a məlumat verib. 

Hazırda AŞ PA-nın iclasında iştirak edən Elxan Süleymanov qeyd edib: “Bu sessiyada assambleyada Azərbaycan nümayəndə heyətinə qarşı olan şayiələr öz təsdiqini tapmadı.  Son günlər Ermənistanın bir çox mənbələri dəfələrlə Azərbaycana və Azərbaycan nümayəndə heyətinin üzvlərinə qarşı yanlış və saxta iddialar yayaraq, qəsdən mətbuatda gərginliyi artırırdı. Erməni deputatlar və bəzi ermənipərəst qüvvələr bütün AŞ PA üzvlərini açıq şəkildə Azərbaycan nümayəndə heyətinin mandatını sual altına qoymağa çağırır və hətta azərbaycanlı deputatların AŞ PA-dan çıxarılacağını hesab edirdi.  Yanvarın 23-də aydın oldu ki, sağlam düşüncə və ədalət üstün gəldi. Belə ki, plenar sessiyada Azərbaycan nümayəndə heyətinin və ayrı-ayrı deputatların mandatı sual altına qoyulmadı. Avropalı deputatlar açıq-aşkar anladılar ki, hüququn aliliyinə xidmət edən AŞ PA-nın sübutsuz şayiələrə uyub hər hansı bir üzv dövlətin nümayəndə heyətinin üzvlərinə hücum etməsi hüquqa ziddir və tam anormal haldır. Bəzi qərəzli beynəlxalq QHT-lərin dəstəklədiyi Ermənistan bir daha sırf öz qonşusunun müsbət imicini zədələməyə cəhd göstərmişdi və beləliklə də, AŞ PA ermənilərin bu cəhdini dəstəkləməkdən açıq-aydın imtina etdi”. 

Deputat bildirdi ki, yanvarın 24-də Monitorinq Komitəsi hər iki AŞ PA həmməruzəçisinin Bakıya faktaraşdırıcı səfərini müzakirə edəcək. Komitənin üzvü Elxan Süleymanov müzakirənin nəticəsinin həm Azərbaycan, həm də AŞ PA üçün müsbət və konstruktiv olacağına əminliyini qeyd edib. 

Image result for Elxan Süleymanov
 
E.Süleymanov Strasburqda AŞ PA-nın plenar sessiyasında bu nəticələri olduqca təqdirəlayiq hesab etdiyini dedi. O, ermənilərin şayiələrinin bu cür ali Avropa institutunda ciddi qəbul edilməyəcəyinə tamamilə əmin olduğunu nəzərə çatdırır: “Azərbaycan nümayəndə heyətini bu qış sessiyasında narahat edən yeganə məsələ Ukrayna nümayəndə heyətinin rəhbəri Volodimir Arievin ”Avropada jurnalistlərə və mətbuat azadlığına hücumlar" adlı məruzəsinə ermənilərin və ermənipərəst deputatların verdiyi düzəlişin qarşısının alınmasıdır. Həmin düzəlişdə “üzv dövlətlərin de-fakto separatçı rejimlər tərəfindən nəzarət edilən digər ərazilərində də, xüsusilə Azərbaycanın Dağlıq Qarabağ...” ifadəsinin çıxarılması təklif edilir".

Onu da qeyd edək ki, AŞ PA-nın qış sessiyasının ilk plenar iclasında Pedro Aqramunt növbəti dəfə bir illik müddətə assambleyanın sədri vəzifəsinə seçilib. 

Image result for AŞPA

P.Aqramunt alternativsiz namizəd olduğundan avtomatik olaraq AŞ PA sədri elan olunub.
AŞ PA-nın Strasburqda keçirilən qış sessiyasının ilk plenar iclasında çıxış edən assambleya sədri Pedro Aqramunt Avropa Şurasına üzv olan ölkələr arasındakı münaqişələrə toxunub. 
APA-nın Avropa bürosunun xəbərinə görə, P. Aqramunt 2016-cı ilin aprel ayında Ermənistanla Azərbaycan arasında ağır döyüşlərin baş verdiyini xatırladaraq bölgədə gərginliyin hər an alovlana biləcəyini vurğulayıb: “Biz Avropanın keçdiyi ağır tarixdən bilirik ki, münaqişələr heç cür müharibə yolu ilə həll edilə bilməz. Bizim parlamentar olaraq bu məsələdə rolumuz olduqca əhəmiyyətlidir. Parlament diplomatiyası və dialoqun aparılması çox vacibdir. Assambleyamız münaqişələrin həll edilməsində öz parlament diplomatiyası potensialından maksimum dərəcədə istifadə etməlidir”.

Image result for Georgi Loqvinski

Ukrayna Ali Radasının Azərbaycan əsilli deputatı Georgi Loqvinski isə AŞ PA-nın vitse-prezidenti seçilib.

APA-nın məlumatına görə, G. Loqvinski  sessiyasda yekdilliklə bu vəzifəyə layiq görülüb.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev APA-ya bildirib ki, G. Loqvinski Azərbaycan diasporu ilə yaxından əməkdaşlıq edir və azərbaycanlıların ən yaxın dostudur: “O, 20 Yanvar faciəsi ilə bağlı səfirliklə birgə keçirdiyimiz iki gün əvvəlki tədbirdə iştirak etdi və Azərbaycanın problemlərinə daim şərik olduğunu açıqladı”.

G. Loqvinski əslən Azərbaycanın Göyçay rayonundandır, milliyyətcə yəhudidir. 

Hazırladı; Elşad MƏMMƏDLİ

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR