İnsanlara hürriyət, millətlərə istiqlal!

Vergi borcu siyahısındakı müğənnilər danışdı: “Yanlışlıqdır...”

2276 17.01.2017 16:49 Şou-biznes A A
Vergilər Nazirliyi yenidən borcu olan şou-biznes nümayəndələrinin siyahısını açıqlayıb. 

Qafqazinfo.az saytının məlumatına görə, bundan əvvəl 30 min manat dəyərində borcu olan Abbas Bağırov və digər sənətçilər, o cümlədən, Brilliant Dadaşova, Rəqsanə İsmayılova, Elza Seyidcahan, Ayaz Qasımov, Mətanət İsgəndərli də adlarını borclu siyahısından sildirə biliblər. Lakin siyahıda xalq artisti Gülyanaq Məmmədova və müğənni Zamiq Hüseynovun adı hələ də siyahıda qalmaqdadır. 

Musavat.com-un əməkdaşı məsələyə aydınlıq gətirmək üçün müğənni Zamiq Hüseynovla əlaqə saxlayıb. Müğənninin Azər adlı prodüserinin verdiyi açıqlamaya görə, Zamiq Hüseynovun borc siyahısında adının yazılması yanlışlıqla olub: “Vergiyə olan borcumuzun hamısını ödəmişik. Hər rüblük vaxtı da ödəniş edirik. Yəqin ki, orda yanlışlıq olub. Bundan təxminən 6-8 ay əvvəl də borc yazılmışdı. Amma heç birimizin bu məsələdən xəbəri yox idi. Çünki vergini daimi olaraq ödəyirdik. Məsələ ilə bağlı şəxsən mən özüm nazirliyə getdim və sual verdim ki, bu qədər toyu necə yazmısız, orda axı mənim imzam yoxdur? Cavab verdilər ki, bizim mütəxəsislərimiz hesablayıb. Borc 4 min manat idi. Yüz faiz bu dəfə yanlışlıq olub. Çünki mən 4 min manatı öz əllərimlə ödədim və hər dəfə rüblük olaraq vergimizi ödəyirik. Bizim Vergilər Nazirliyinə borcumuz yoxdur. Daha ola bilməz desinlər ki, mütəxəsislərimiz hesablayıb. Çünki getdiyimiz hər bir toylarda imza atıb, qiyməti yazırıq”. 

Prodüserin sözlərinə görə, məsələ ilə bağlı Vergilər Nazirliyinə müraciət olunacaq.

Xatırladaq ki, Vergilər Nazirliyi bundan əvvəl də bir neçə dəfə vergi borcu olan şou-biznes nümayəndələrinin adını açıqlamışdı. Bundan əvvəl 30 min vergi borcu olan əməkdar artist Abbas Bağırovun ölkədən çıxışına qadağa qoyulduğu barədə məlumat yayılmışdı. 

Müğənni sosial şəbəkədə qeyd etmişdi ki, nazirliyini hansısa əməkdaşı onunla olan qərəzli münasibətə görə onu əlavə vergi dəyərinə cəlb edib.

Xalidə Gəray,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR