İnsanlara hürriyət, millətlərə istiqlal!

Qalmaqallı "Recep İvedik 5"-ə görə aparıcı ilə professor mübahisə etdi - VİDEO

1208 17.01.2017 14:36 Şou-biznes A A
"Recep İvedik 5" filminin bu günlərdə yayımlanan fraqmanındakı qalmaqala səbəb olan boks səhnəsi “Star “ televiziyasında yayımlanan “Duymayan kalmasın” proqramında müzakirə olunub. 

Musavat.com xəbər verir ki, aparıcılığını Seren Serengil ilə Çingiz Semercioğlunun etdiyi proqrama filmə ilk etiraz edən  Giresun Universitetinin Azərbaycan kökənli professoru Aygün Attar zəng edərək fikirlərini bölüşüb. 

Professor boks səhnəsinin Azərbaycanda narazılığa səbəb olduğunu və iki qardaş ölkənin münasibətlərinə  ciddi ziyan vurduğunu bildirib. Aparıcı S. Serengil isə professora qatılmayaraq onu gündəmə gəlmək üçün iki ölkə arasına nifaq salmaqda günahlandırıb. 

Aparıcı ilə A.Attarın mübahisəsinə aparıcı  Semercioğlu son qoyub. O, azərbaycanlıların həssaslığını anladığını və sözügedən səhnədə azərbaycanlı Türkiyə türkünü vursaydı, Türkiyədə eyni reaksiyalar olacağını deyib. 

Qeyd edək ki, filmin fraqmanı yayımlandığı 14 saat ərzində 2 milyon nəfər tərəfindən izlənib. Filmdəki azərbaycanlı ilə Türkiyə türkünün boks səhnəsi birmənalı qarşılanmayıb və “Recep İvedik” obrazını canlandıran Şahan  Gökbakar tənqidlərə məruz qalıb. 

Aktyor tənqidlərə “İnstaqram” hesabında cavab verib: “Biz üzmək üçün yox, güldürmək üçün varıq. Bizdə qardaş ölkəmizə qarşı yanlışlıq olmaz. Fraqmandakı aksiyona görə sadəcə son bölümünü paylaşdığımız boks səhnəsini başqa tərəfə çəkmək istəyənlər olmasın deyə filmdəki halını paylaşırıq. Azərbaycandakı sevənlərimizə qovuşmağa can atıram. Hamınızı sevirəm”. 

Könül İbrahim
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR