İnsanlara hürriyət, millətlərə istiqlal!

"O səs Türkiyə" ikinci tur: azərbaycanlı iştirakçını əvvəl seçdi, sonra...

3170 14.01.2017 23:32 Şou-biznes A A
TV8-də yayımlanan "O səs Türkiyə" müsabiqəsinin ikinci tur mərhələsi başlayıb. 

Musavat.com xəbər verir ki, münsiflər iştirakçıları qruplaşdıraraq öncə onlar arasından ikisini seçərək duelə çıxarıb. Daha sonra isə onlar arasından daha yaxşı performans nümayiş etdirən iki ifaçını növbəti tura seçiblər. Müğənni Hadisənin 6 nəfərlik qrupunda azərbaycanlı iştirakçılar Nofəl Aslanov ilə Ozan Əhmədov da yer alıb. Hadisə 3 türk iştirakçı ilə Nofəli müsabiqədən uzaqlaşdırıb. Orkan Atakla rəqib olan Ozan "Amigo" mahnısını səsləndirib. 
Hər iki səsi bəyəndiyini dilə gətirən Hadisə sonda Orkan Atakı seçib. 

Proqramın prodüseri Acun Ilıcalı O. Əhmədovun səsini çox bəyəndiyini bildirərək onu gələn il baş tutacaq "O səs Türkiyə" yarışmasına dəvət edib.

Könül İbrahim
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR