İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur müsabiqədə Aygün erməni təxribatı ilə üzləşdi - VİDEO

5676 28.08.2016 12:47 Şou-biznes A A

Almaniyada keçirilən "DAF bama Music Awards 2016" beynəlxalq mükafatlandırma mərasimində "Azərbaycanın ən yaxşı qadın sənətçisi" mükafatına layiq görülən Aygün Kazımova erməni təxribatı ilə qarşılaşıb.

Musavat.com xəbər verir ki, xalq artisti konsertin başlamasına 3 saat qalmış məşq zamanı öyrənib ki, Almaniyanın Hamburq şəhərində keçirilən mərasimdə Ermənistanı təmsil edən müğənni Siruşonun səhnədə Azərbaycan xalq mahnısı "Sarı gəlin"-i erməni mahnısı kimi təqdim edəcəyini və məhz bu mahnını ifa edəcəyini bilib.

Bu xəbər həm Aygün Kazımovaya, həm də komandasına konsert öncəsi böyük stress yaşadıb. 

Ermənilərin planının qarşısını almaq üçün Aygün Kazımova dərhal təşkilatçılardan, tədbirin rejissorundan  bunun qarşısını almağı tələb edib və buna etirazını bildirib. Aygün Kazımova bildirib ki, "Sarı gəlin" Azərbaycan xalq mahnısıdır. Erməni müğənnisinin bu mahnını ifa edib, mükafat alması böyük qalmaqala səbəb olacaq. Həmçinin əlavə edib ki, ermənilər müsabiqəyə siyası don geyindirmək istəyir. Çətinliklə də olsa, Aygün Kazımova erməni  müğənni Siruşonun  ifasına az qalmış repertuarını dəyişdirə bilib və o, illər əvvəl ifa etdiyi "Kele-kele" mahnısını ifa etməli olub.

Səhnəyə çıxan Aygün Kazımova Azərbaycana, həmvətənlərinə və xüsusilə də, Qarabağa sevgisini yollayıb.

Qeyd edək ki, tədbirdə Ermənistanı 2 müğənni təmsil edib.

Könül İbrahim
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR