İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur Hollivud aktyorlarının nikahına xitam verilib

1100 14.01.2017 10:05 Şou-biznes A A
Hollivud ulduzu Conni Depp və aktrisa Ember Herd rəsmən ayrılıblar. Nikahın pozulması barədə qərar cümə günü Los-Anceles məhkəməsində qəbul olunub.

"Report" xəbər verir ki, bu barədə "People" jurnalının elektron versiyası məlumat yayıb.
Keçmiş ər-arvad arasında əldə olunan razılaşmaya əsasən, Conni Depp həyat yoldaşına 7 milyon dollar ödəyəcək. Aktrisa bu məbləği xeyriyyə fonduna köçürəcəyini bildirib.
53 yaşlı Depp və 30 yaşlı Herd nikaha 2015-ci ilin fevralında daxil olublar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR