İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur aktrisa Türkiyəni tərk edir: “Yoruldum”

4135 15.01.2017 15:33 Şou-biznes A A
Türkiyənini tanınmış aktrisası Yasemin Allen ölkədən gedəcəyi haqda yayılan xəbərlərə aydınlıq gətirib.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, son olaraq "Dönərsə, sənindir” filmiylə tamaşaçı qarşısına çıxan aktrisa Türkiyədən təhsili üçün getdiyini bildirib: "Bəli, Los-Angelesə gedəcəyəm. Aktyorluq təhsili almaq istəyirəm. Nə qədər qalacağım bəlli deyil. Ard-arda çox proyektdə rol aldım və yoruldum. Məqsədim istirahət etmək, yeni layihələrdə daha yaxşı performans sərgiləməkdir”. 

Qeyd edək ki, Yasemin Allen Azərbaycan tamaşaçısına “Merhamet” serialından tanışdır. 

Könül İbrahim,
Musavat.com



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR