İnsanlara hürriyət, millətlərə istiqlal!

Elşən Orucov: “Deyirlər ki, səni ciddi rolda görmək istəyirik”

3519 19.01.2017 16:02 Şou-biznes A A
“Bozbaş Pictures”in Fəlakəti Elşən Orucov başqa obrazda çəkilməməsinin səbəbini açıqlayıb. 

Musavat.com saytına açıqlama verən aktyor hələ ki, qarşısına arzuladığı kimi rolun çıxmadığını deyib: “Mənə başqa rollarda çəkilməməyimin səbəbini çox soruşublar. Deyirlər ki, səni başqa, daha ciddi rolda görmək istəyirik. Bizim işin uğuru bir-birimizə olan güvəndir. Əgər güvənsəm ki, komandamızla dram sahəsində uğur qazanacağıq, onlarla razılaşacağam. Başqa şəxslərlə işləsəm, hazırkı uğuru qazana biləcəyimi bilmirəm. Mənə başqa təkliflər də olur, razılaşmıram. Mən İncəsənət Universitetində “Teatr və kino aktyoru” fakültəsini bitirmişəm, bu sahəyə təsadüfi gəlməmişəm. Fikirləşirəm ki, hələ başqa rolu oynamaq lazım deyil. Təbii ki, bəyəndiyim obraz, keyfiyyətli iş olsa, razılaşaram. Əgər o iş mənə uğur qazandırmayacaqsa, nə məcburdur ki, o rolu oynayım? Güvən məsələsi var”.

E.Orucov şəxsi həyatından da danışıb: “Nə sevgilim var, nə də nişanlıyam. Həyatımda heç kim yoxdur. Qarşıma doğru insanın çıxmasını gözləyirəm”. 

Könül, 
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR