İnsanlara hürriyət, millətlərə istiqlal!

Səudiyyə Ərəbistanındakı səfirimizdən İranla bağlı ilginc açıqlamalar - ÖZƏL VİDEO

4214 11.03.2023 14:19 Müsahibə A A

Musavat.com-un Bəhreyn Krallığına ezam olunan əməkdaşı Azərbaycanın Səudiyyə Ərəbistanındakı fövqəladə və səlahiyyətli səfiri Şahin Abdullayevdən eksklüziv müsahibə alıb.

Qeyd edək ki, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyətinin qatılacağı mühüm tədbirlərlə əlaqədar Səudiyyə Ərəbistanından Manamaya gələn Şahin Abdullayev təcrübəli diplomatlarımızdandır. 2018-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Səudiyyə Ərəbistanında səfiri postuna təyin olunub.

Şahin Abdullayev 1959-cu ilin 14 noyabr tarixində anadan olub. Azərbaycan Dövlət Universitetini bitirib və indiyədək müxtəlif vəzifələrdə çalışıb. O, 1981-84-cü illərdə Yəməndə səfirlikdə işləyib. Daha sonra Azərbaycanın Xarici İşlər Nazirliyində ikinci katib, birinci katib, katibliyin müdiri (1989-95), Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyinin müşaviri (1995-99), XİN Asiya idarəsinin rəisi (1999-2004), Azərbaycanın Küveyt dövlətində səfiri (2004-10) vəzifələrini tutub. Hazırda Azərbaycanı Səudiyyə Ərəbistanı ilə yanaşı, Oman və Bəhreyndə də təmsil edir.

Diplomat ölkəmizi təmsil etdiyi ərəb ölkələri ilə Azərbaycanın əlaqələri, erməni təcavüzünə ərəb ölkələrinin münasibəti, perspektivlərlə bağlı maraqlı açıqlamalar verib. Səfir həmçinin İrandakı səfirliyimizə edilən hücumdan danışıb, terror aktından sonra Səudiyyə Ərəbistanındakı səfirliyimizin də mühafizəsinin gücləndirildiyini deyib, eyni zamanda Tehran rejiminə ünvanlı sərt tənqidi fikirlərini ifadə edib.

Şahin Abdullayevin Musavat.com-a müsahibəsini təqdim edirik:

 

Elşad Paşasoy,
Musavat.com
Bəhreyn, Manama

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR