İnsanlara hürriyət, millətlərə istiqlal!

Şərqdə vəzifə niyə “hər şeydir”?

1846 15.12.2018 14:20 Yazarlar A A

Adətən Azərbaycanda ən kiçik məmurdan tutmuş nazirə qədər, vəzifədən gedən haqqında “vurulmuş kadr” ifadəsi işlədilir.

Bir mənada haqlı ifadədir, çünki məmurların dəyişməsi nadir rast gəlinən hadisələrdəndir. Üstəlik, işdən çıxarılan məmurlar bir qayda olaraq cəzalandırılmış hesab olunurlar. Və təbii ki, vəzifədə olduqları zaman əldə etdikləri (bu ölçü vəzifənin əhatəliliyinə görə dəyişir – K.R.) gəlirləri itirirlər və cəmiyyətdə gözdən düşmüş, vurulmuş insan hesab olunurlar. Hətta mötəbər adamların etirafına görə vəzifədən getdikdən sonra bəzən qohumlar da adamın üzünə baxmır.

Amma bu təkcə Azərbaycan üçün xarakterik hal deyil. Şərqdə bənzər ölkə nümunələri onlarladır. Bu ilin yayında İraqda olanda danışırdılar ki, bir çox iraqlı məmur vəzifəsinə təyinat alır, bir neçə il işləyib, çoxlu pul yığaraq ölkədən qaçır. Bu da İraq reallığıdır. Şərqdə “dövlətin malı dənizdir, onu yeməyən donuz” prinsipi çox yayğın və işləkdir.

Şərqdə vəzifə bir insanın dünyadan əldə edə biləcəyi hər şeydir, var-dövlət, nüfuz, hörmət (ailədə və yaşadığı ətrafda – K.R.), hakimiyyətdir. Və təbii ki, vəzifəsini itirən bütün bunlardan məhrum olur. Ona görə də Şərqdə vəzifədən getmək sui-qəsd ifadəsi ilə eyniləşdirilir, “vurulmaq” adlandırılır.

Ancaq Qərb ölkələrində vəzifə o qədər də ölüm-qalım məsələsi deyil. Hətta dünyanın ən qüdrətli dövlətlərindən olan ABŞ-da və ya Britaniyada nazirlər kabinetdəki kiçik bir anlaşmazlıq və ya irəli sürdükləri təklif qəbul olunmayanda istefa verirlər. Çünki Qərbdə vəzifə karyera, nüfuz baxımından mühüm olsa da, vazkeçilməz deyil. Hətta akademik dairələrdən dövlət postlarına gələn kadrlar belə rahat şəkildə istefa verib köhnə işlərinə qayıda bilir. Çünki dövlət vəzifəsində olduğu qədər maddi təminatı və ən əsası daha az məsuliyyəti var. Dünyanın ən qüdrətli dövlətinin xarici siyasət idarəsinə rəhbərlik etmiş Con Kerrinin 2017-ci ilin 20 yanvarında Trampın andiçmə mərasimindən dərhal sonra Dövlət Departamentini tərk edərək elektrik qatarı ilə evinə getməsi səhnəsini bəlkə də hər kəs izləyib.

Əslində bu bölgünü Şərq və Qərb olaraq ayırmaq o qədər də reallığı əks etdirmir. Ən azı tarixi təcrübə baxımından. Çünki ən azı son illərə qədər Şərqdə bir çox ölkələrin müsbət təcrübələri olub. İndi Şərqdə bu təcrübəni yaşadan yalnız İsrail qalır. Orda hələ də vəzifədən könüllü imtina edən məmurlar nümunəsi qalır. Qoca Şərq isə inadına dəyişmək istəmir.

Əslində bu problemin kökü dərində olsa da, bir cavabı var: Korrupsiya. Məhz korrupsiyanın olması son nəticədə ölkələrin hərtərəfli inkişafının qarşısını alır. Bu günə qədər dünyada avtoritar, diktatura rejimlərinin belə inkişafı nümunələri olsa da, korrupsiyalaşmış bir ölkədə inkişaf nümunəsi yoxdur. Dünyanın ən sürətli inkişaf edən ölkələri sırasında olan Çin, Sinqapur heç də demokratik deyil, amma korrupsiyanın olmaması inkişafa imkan verir. Ancaq gündəlik 4,4 milyon barel neft satan, dünyanın 4-cü qaz ölkəsi olan İraq hələ də aclıq və yoxsulluqdan əziyyət çəkir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR