İnsanlara hürriyət, millətlərə istiqlal!

Tibbi sığorta qiymətləri bahalaşa bilər (VİDEO)

907 26.04.2016 23:17 Səhiyyə A A
Sığorta şirkətləri bahalaşmadan qaçmaq üçün həkim və klinikalara nəzarəti artırmağı düşünürlər.

Dərmanların qiyməti bahalaşdığından, tibbi sığorta şirkətlərinin də xərcləri artıb. Bu isə tibbi sığortanın bahalaşmasını qaçılmaz edir. Nəticədə onsuzda kütləvi hal almayan tibbi sığortaya maraq daha da azalır.

Ekspertlər vəziyyətdən çıxış yolunu klinikalara və həkimlərə nəzarətin artırılmasında görür. Çünki, bəzən klinika və ya həkim sığortalı xəstəyə lazım olandan artıq analizlər, dərmanlar yazır. Bu da sığorta şirkətinin xərcini artıran əsas amillərdən birinə çevrilir.

Klinikalar da tibbi sığorta şirkətləri ilə işləməkdə maraqlı olduqlarından, qiymət siyasətlərində sığorta şirkətlərini də nəzərə almağa başlayıblar. Əks halda müştəri itirəcəkləri məlum məsələdir. /Xəzər TV/


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR