İnsanlara hürriyət, millətlərə istiqlal!

Səhiyyə Nazirliyi: Ağır gedişli qripə bənzər infeksiyalar qeydə alınıb

2070 23.12.2016 17:04 Səhiyyə A A
“Laborator müayinələr davam etdirilir. Payız-qış mövsümündə ağır gedişli xəstələrdən götürülən müayinə materiallarında qrip virusları aşkarlanmayıb. Vəziyyət tam nəzarət altındadır”.
 
Bunu APA-ya Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.
 
O bildirib ki, əsasən ağır gedişli qripə bənzər, respirator virus infeksiyaları qeydə alınıb. A. Əliyeva qeyd edib ki, hazırda bütün təhsil müəssisələrində profilaktik dezinfeksiya işləri aparılır: “Noyabrda iki dəfə təhsil müəssisələrində dezinfeksiya aparılıb. İndi dezinfeksiya işləri bütün təhsil müəssisələrində - məktəblərdə, məktəbə qədər təhsil müəssisələrində, müalicə-profilaktika müəssisələrində yüksək səviyyədə təmin edilir. Düşünürəm ki, profilaktik tədbirlərin aparılması ilə xəstəliyin qarşısı alınacaq”. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR