İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya-Ukrayna müharibəsi ilə bağlı öngörülər

3838 04.03.2022 18:54 Astrologiya A A

 

 

Hazırda Rusiyanın Ukraynaya təcavüzü nəticəsində baş verən savaş bütün dünyanın gündəmindədir. Sonun necə olacağı ilə bağlı müxtəlif siyasi şərhlər verilir. Eyni zamanda bu mövzuda ekstrasenslərin də fikirlərini paylaşanlar, buna maraq göstərənlər az deyil.

Hələ illər öncə ekstrasens Baba Vanqa təbii ehtiyatların məhdud olması səbəbindən Rusiyada neft hasilatının dayanacağına inanırdı. Bu, Rusiya üçün məyusedici proqnozdur, çünki ölkə iqtisadiyyatının 80 faizi bu sənayeyə əsaslanır. Vanqanın 2018-ci il üçün proqnozları Rusiyada iqtisadi rifah vəd edirdi:

“Hökumət neft hasilatından o qədər də asılı olmayacaq, bəlkə də rus alimləri başqa enerji mənbəyi tapacaqlar”.

Vanqanın Rusiya üçün proqnozu iki qardaş xalq arasında münaqişəyə son qoyulacağını deyirdi. Görücü buna inanırdı:

“İnsanlar şüurlu şəkildə kompromis həll yoluna gəlməlidirlər, kiçik çətinlikləri unut, çoxəsrlik dostluğu xatırla. Çox güman ki, sülh siyasi müzakirələrlə deyil, sadə vətəndaşların səyi ilə olacaq”.

Vanqa illər əvvəl Krımın və Rusiyanın birləşəcəyini bildirib.

1503-1566-cı illərdə yaşamış kahin Nostradamusun Üçüncü dünya müharibəsi ilə bağlı proqnozlarında İslam və Xristian dünyasının Rusiyada toqquşacağı bildirilir.

O deyirdi ki, Avropanın inkişaf etmiş ölkələrində çoxlu hərbi tədbirlər keçiriləcək.

Nostradamus Sibiri dünyanın dirçəliş mərkəzi hesab edirdi.

“Rusiya, Çin müharibədən əziyyət çəkən qaçqınları qəbul edəcək və ən güclü dövlətlərə çevriləcək”.-deyə o bildirib.

Bəs azərbaycanlı astroloq Rusiya-Ukrayna müharibəsi ilə bağlı hansı fikirdədir?

 Astroloq Səbuhi Rəhimli Musavat.com-a açıqlamasında bildirib ki, müharibənin olmayacağını proqnozlaşdırırdı.

“Mən ümumiyyətlə, illik proqnozda müharibənin olmayacağını proqnozlaşdırmışdım. Əslində, mənim proqnozlarımda “müharibə olacaq” kimi fikirlər olmur. Amma buna, yəni müharibə proqnozlarına tək astrologiyanın gücü çatmır. Bunu təxmin etmək üçün siyasi hesablamaları, müşahidələri də nəzərə almaq lazımdır. Əslində, bu müharibə gözlənilməyən bir mərhələ idi. Çünki burada bir adamın iradəsi rol oynamır, görünən və görünməyən xətlər var. Yəni bu qeybdən xəbər vermək deyil, müəyyən hesablamalar aparmaqla proqnozlaşdırmaqdır. Məsələn, bəzən kimsə müraciət edir ki, bəs deputatlığa namizədəm və seçilə bilərəm?

Onun xəritəsini hesablayanda rəqiblərini də, namizədliyini verdiyi məkanı da nəzərə almalıyam. Mən də hamısını nəzərə alıb hesabladıqdan sonra  deyirəm ki, bəli, sən qalibsən. Lakin sonda Mərkəzi Seçki Komissiyası başqa şəxsi seçdikdə, gəlib mənə deyir ki, sən qalib olacağımı demişdin. Yenə bildirmək istəyirəm ki, bu qeybdən xəbər vermək deyil, adi insanın hesablamasıdır. Yəni doğru gedən bir şeyi insanlar iradəvi şəkildə də yanılda bilirlər. Bəzən insanlar elə bilirlər ki, astrologiya Allahın ayəsidir ya da qeybdir.

Ötən ilin əvvəlində dedilər ki, Rusiya Qazaxıstana girəcək. O zaman mən nəyi isə nəzərə alıb doğru hesablamışdım. Yəni keçən il boyu Rusiya Qazaxıstana girmədi, ancaq bu il yanvar ayının əvvəlində girdi.

Aprel döyüşlərində də gününə qədər göstərmişdim. Eyni zamanda bildirmişdim ki, uzun müddətli atəşkəs böyük şəkildə pozulacaq. Daha müharibə olacaq deməmişdim. Yenə deyirəm, mən ümumiyyətlə, müharibə ifadəsini işlətmirəm. Yəni insanları təlaşa salmaq ya da hansısa sensasional xəbər xətrinə eləmək istəmirəm.

Martın 9-u dönüş nöqtəsidir. Martın 9-dan sonra ya Rusiya-NATO qarışdırması ola bilər, bu da böyük bir müharibə deməkdir. Ya da Rusiya-Ukrayna müharibəsi qəfil dayansın. Yəni martın 9-10-dan sonra bu məsələ həll oluna bilər”,- deyə o bildirib.

Qeyd edək ki, Səbuhi Rəhimli müharibə başlamamışdan öncə, yəni ötən ilin dekabr ayında Axar.az-a 2022-ci illə bağlı açıqlamasında Rusiya prezidenti V.Putinin administrasiyasının çətin də olsa 2022-ci ili də iqtidar kimi yola salacağını proqnozlaşdırıb.

Anar Əhməd,
Musavat.com

 

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR