İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ilə mehriban qonşuluq kimləri narahat edir? - radikalların yanlış təbliğatı...

654 25.04.2024 10:49 Siyasət A A

Sülhməramlıların vaxtından tez gedişi Qərb təbliğatını alt-üst etdi; Azərbaycan Qərbin Cənubi Qafqazda yürütdüyü fitnəkar siyasətə qarşı qardaş Türkiyə ilə yanaşı, həm də Rusiya ilə ortaq addımlayır - mütəxəssislərin rəyi

Azərbaycan-Rusiya əlaqələri iki dövlətin başçılarının siyasi iradəsinə uyğun olaraq hazırda sürətlə inkişaf etdirilir. Yeni reallıqlar çərçivəsində həm siyasi, həm təhlükəsizlik baxımından bu olduqca mühümdür. 

“Yeni Müsavat” bildirir ki, aprelin 22-də Azərbaycan Prezidenti Rusiyada səfərdə olarkən bu kontekstdə mühüm açıqlamaları ilə Bakı-Moskva münasibətlərinin əhval-ruhiyyəsini gözlər önünə sərdi. 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannaməyə toxunan prezident deyib: “Biz əlaqələrimizin inkişafından çox razıyıq. Artıq iki ildən çoxdur ki, 2022-ci ilin fevralında burada - Kremldə imzaladığımız və əsas siyasi sənəd olan, gələcəkdə münasibətlərimizin ardıcıl inkişafını müəyyən edən müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə çərçivəsində işləyirik”.

Təhlilçilər də bildirir ki, siyasi münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsi iqtisadi münasibətlərin genişləndirilməsinə də müsbət təsirini göstərir. Əlbəttə, istər Çar Rusiyası, istər Sovet Rusiyası dövründə Azərbaycan imperialist siyasətin acılarını çox çəkib. Ancaq son 30 ildə aparılan siyasət tamamilə fərqli mənzərə yaradıb və o da aydın olub ki, Rusiya heç də Qərbdən zəif güc deyil. Praqmatizm, məntiq, reallıqlar deyir ki, qonşumuzdakı nəhənglə daha sıx əməkdaşlıq, dostluq qurmaqla böyük nailiyyətlər əldə edə bilərik, nəinki onunla konfrontasiyaya getməklə. 

Hazırda Rusiya ilə münasibətlərin dərinləşməsini hakimiyyətin radikal siyasi opponentləri öz dar prizmasından ancaq neqativ kimi təqdim edir. Bir çoxları Rusiya ilə yaxınlaşmanın əleyhinə təbliğat aparırlar. Onların çoxu da missioner Qərb dairələrinin əlaltıları kimi tanınır. Bu cür təbliğatla cəmiyyətdə fərqli fikirlər formalaşdırılması cəhdləri var. Hansı ki, bu, Azərbaycanın maraqlarına qətiyyən uyğun deyil. Əlbəttə, biz Türkiyə ilə culğalaşırıq, bir millət, qardaş dövlət kimi addımlayırıq. Ancaq Rusiya ilə münasibətləri dostluq səviyyəsində saxlamamaq ciddi fəsadlar verə bilər və bunu Ukrayna, Ermənistan, Gürcüstan nümunələrində görürük. Rusiya ilə dostluq nə qazandırır, əksi olsa nələr olar? 

SEPAH Elxan Şükürlünü tirajladı: harda səhv etdin?

Elxan Şükürlü

Ədalət Partiyasının sədr müavini, siyasi ekspert Elxan Şükürlünün sözlərinə görə, Rusiya sülhməramlılarının 9 noyabr 2020-ci il razılaşmasında göstərilən vaxtdan daha tez Azərbaycan ərazisindən çıxarılması ölkəmizdə 3 il, 5 ay boyunca aparılan Qərb təbliğatını alt-üst etməklə, bir daha təsdiqlədi ki, Rusiya prezidenti Vladimir Putinlə Azərbayan prezidenti İlham Əliyev arasında qarşılıqlı inam və etibara əsaslanan çox sağlam, sabit münasibətlər mövcuddur. E.Şükürlü hesab edir ki, bu münasibətlərin faydasını 2020-ci ilin 44 günlük savaşında və 2023-cü ilin 20 sentyabrındakı antiterror tədbirlərində hər birimiz gördüyümüz kimi, ikitərəfli əlaqələrin perspektivini də 22 fevral 2022-ci ildə imzlanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfilik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” müəyyənləşdirir: “Təəssüf ki, Azərbaycandakı ekspert və siyasətçilərimizin əksəriyyəti ya savadsızlıqdan, ya da başqa maraqlara xidmət etdiklərindən, Vətən savaşından sonra Rusiya ilə imzaladığımız bu mühüm sənədi hələ də görməzdən gəlirlər. Bu sənədi oxusaydılar, müharibəni qalibiyyətlə bitirmiş ölkə rəhbərinin imzasına, mövqeyinə hörmət etsəydilər və Qərbin Rusiya əleyhinə apardığı təbliğata xidmət etməsəydilər, anlayardılar ki, Azərbaycan regionun təhlükəsizliyi və region ölkələrinin əməkdaşlığı ilə bağlı məsələlərdə, xüsusən də Qərbin Cənubi Qafqazda yürütdüyü fitnəkar siyasətə qarşı qardaş Türkiyə ilə yanaşı, həm də Rusiya ilə birgə addımlayır, ortaq hərəkət edir”. Ekspertin fikrincə, sülhməramlıların vaxtından tez ərazimizdən çıxmasına amerikalıların qəzəbli reaksiyası isə bir daha təsdiqləyir ki, onlar Əliyevlə Putin arasındakı etibarlı munasibətlərdən bərk narahatdırlar: “Azərbaycanın müharibədən sonra region ölkələrinin təhlükəsizliyi və əməkdaşlığı üçün təklif etdiyi "3+3" formatının gerçəkləşməsi imkanlarının qarşısını almağı bacarmadıqlarının fərqindədilər və bu, Qərbin 30 illik Cənubi Qafqaz strategiyasının da iflası deməkdir. Böyük ehtimalla, Qərbin ciddi zərbə alacağı növbəti Cənubi Qafqaz respublikası seçkilərə hazırlaşan qonşu Gürcüstan olacaq".

Prezidentliyə namizəd Fuad Əliyev: “Əsas məqsədimiz...” Yeni Sabah

Fuad Əliyev

Siyasi ekspert Fuad Əliyevin bildirdiyinə görə, Rusiya əbədi və güclü qonşudur. Onun fikrincə, Qərbin və radikal müxalifətin propoqandasına uyub Moskva kimi mühüm tərəfdaşı özümüzə qarşı çevirə bilmərik: “Rusiyada 3 milyondan çox azərbaycanlı var. Çox böyük rəqəmdir. Ticarət dövriyyəmiz 4 milyard dollara çatıb. İki xalqın münasibəti kifayət qədər normaldır. Biz heç zaman rusofob olmamışıq. Azərbaycanda rus dili təhsili mövcuddur. Bu komponentləri dəyərləndirmək lazımdır. Kim Azərbaycanın Rusiya ilə arasının dəyməsini istəyirsə, heç bir siyasi təfəkkürü, dövlətçilik anlayışı yoxdur. İkincisi, Rusiya ilə mehriban qonşuluğu kənara qoyub Qərblə yaxınlaşmaq nə qazandırır? Ona görə də strateji mütəffiqlik haqda deklorasiya ikitərəfli əlaqələrdə yeni bir eranın başlanğıcı oldu. Eyni zamanda kim deyir ki, Azərbaycan Qərbdən uzaqlaşır?” 

F.Əliyevə görə, bizim Avropa Birliyinin 9 ölkəsi ilə tərəfdaşlığımız var, Avropa İttifaqı ilə strateji qaz sənədi imzalanıb, enerji məhsullarımız Qərb bazarında satılır, 4 kəndin geri qaytarılması məsələsini də Brüssel və Vaşinqton alqışladı: “Sadəcə, biz Zelenski, Paşinyan, Saakaşvilinin etdiklərini təkrarlamırıq. Rusiya ilə normal münasibətlər saxlayanda, balanslı xarici siyasət yürüdəndə dilemma qarşısında da qalmırsan, təhdidlər də olmur. Bu gün cənab Prezident Azərbaycanın müstəqil, milli maraqlara uyğun xarici siyasətini müəyyən edib və hansısa qaragüruh qüvvələr bu addımlarda qüsur tapa bilməzlər”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR