İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəşid Behbudovun qızı: "Sənin üçün çox darıxıram ata..." - FOTO

1700 14.12.2023 18:02 Mədəniyyət A A

Bu gün Xalq artisti, mərhum müğənni Rəşid Behbudovun doğum günüdür.

Musavat.com xəbər verir ki, sənətçinin qızı, Əməkdar artist Rəşidə Rəşid (Rəşidə Behbudova) sosial şəbəkədə mərhum atası ilə bağlı paylaşım edib.

O şəxsi instaqram hesabında Rəşid Behbudovun konsertlərindən birində çəkilən fotosunu paylşaraq onun üçün darıxdığını qeyd edib:

"Mənim doğma, sevimli, əziz atam, ad günün mübarək. Mən sənin üçün çox darıxıram ata... Amma sənin adın və ruhun hər zaman mənimlədir. Doğum günün mübarək, mənim bənzərsiz Maestrom, musiqi müəllimim, Rəşid Behbudov".

Xatırladaq ki, Rəşid Behbudov 1989-cu il iyunun 9-da Moskvada vəfat edib. Sənətkarın bir qız övladı yadigar qalıb. Onun qızı Rəşidə Rəşid Azərbaycanın tanınmış opera müğənnisidir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR