İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron Si Cinpini dağa dəvət edib, ona köynək, adyal bağışlayıb

571 08.05.2024 12:05 Dünya A A

Dünən Fransa prezidenti Çin liderini Pireneydəki ucqar dağ keçidində qəbul edib.

Musavat.com Euronews-a istinadən xəbər verir ki, bundan əvvəl Makronla Si Cinpini arasında danışıqlarda ticarət məsələləri və Rusiyanın Ukraynadakı müharibəsi müzakirə mövzusu olub.

Emmanuel Makron Çin prezidenti Si Cinpini İspaniya ilə sərhəd yaxınlığındakı Turmalet keçidinə dəvət edib. Makron uşaq vaxtı burada nənəsinin yanına gələrmiş.

Ötən il Si Cinpin də Makronu vaxtilə atasının yaşadığı Quandun əyalətinə aparıbmış. Makronun builki dəvəti Çinpinin keçənilki dəvətini cavabı sayılır.

Bu səfərə görə təhlükəsizlik gücləndirildiyi üçün keçidə aparan dolama yollar səlahiyyətlilər tərəfindən on kilometrlərlə bağlanıb.

Makron və Cinpin xanımları Bricit Makron və Penq Liyuanla birlikdə ərazidəki dağ restoranına baş çəkiblər. Liderlər ənənəvi xalq rəqsinə baxıb, daha sonra yerli təamlardan dadıblar.

Fransanın BFMTV telekanalı xəbər verir ki, Makron Çin liderinə sarı rəngli "Tour de France" forması, Pireney adalarında hazırlanmış yun adyal və bir şüşə “Armanyak” hədiyyə edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR