İnsanlara hürriyət, millətlərə istiqlal!

Aeroportda havaya uçurulmaq təhlükəsi və görülən tədbirlər - FOTOLAR

4225 05.07.2016 13:20 Reportaj A A

Heydər Əliyev Beynəlxalq Hava Limanında təhlükəsizlik tədbirləri gücləndirilib. Aeroporta gələn avtomobillərin və sərnişinlərin yoxlanılması qaydaları dəyişdirilib. 

Əldə etdiyimiz məlumata görə, bu tədbir hazırda, demək olar ki, dünyanın bütün beynəlxalq aeroportlarında həyata keçirilir. 

Yoxlama nəzarət qaydalarının dəyişdiliməsinin baçlıca səbəbi dünyanı təhdid edən terror təşkilatlarının insanların gur olduğu, sıx toplaşdığı yerləri, xüsusilə də beynəlxalq aeroportları hədəfə götürməsidir. Ötən həftə İstanbulda Atatürk lava limanında, bundan öncə isə Brüsseldə beynəlxalq aeroportda çoxqurbanlı terror aktlarının törədilməsi də göstərdi ki, terror təşkilatı aeroportları əsas hədəf halına çevirib və burada törədilən terror aktlarının daha səs-küylü olduğunu fərqindədir.

Bu baxımdan hazırda dünyanın hər tərəfində sərnişinlərin, aeroportların terminallarına daxil olan şəxslərin təhlükəsizliyin təmin olunması üçün əlavə tədbirlər görülür, mühafizə xidmətlərinin şəxsi heyətlərini sırası artırılıb, bir çox yerlərdə bu iş xüsusi təyinatlılara tapşırılıb. 

Təbii ki, dünyanın bir çox ölkələrinə və iri şəhərlərinə uçuşların həyata keçirildiyi aeroportlarımız təhlükəsizlik tədbirlərinin gücləndirilməsi sahəsində kənarda qalmayıb. Çünki terror “yad”-“yaxın” tanımır, onun əsas məqsədi harda olursa, olsun, terror aktı törətməkdir.

Türkiyədəki terror hadisəsindən sonra Azərbaycanın ən böyük aeroportu olan Heydər Əliyev Beynəlxalq Hava Limanın necə qorunduğunu, təhülkəsizlik tədbirlərinin artırılıb-artılmadığını görmək üçün oraya yollandıq.  

Bir həftə öncə ilə indiki durumun arasında xeyli fərq var. 

Hazırda aeroportun girişində avtomobillər yoxlanılır. Əvvəllər belə şey yox idi. Hava limanına daxil olarkən ödəniş edən sürücülər polis əməkdaşları tərəfində sorğu-sual edilir, onlardan nə məqsədlə gəldiklərini, kimi gətirdiklərini soruşur, avtomobilə gözucu nəzər yetirirlər, çantalarda nə olması ilə maraqlanırlar. 

Biz aeroporta şəxsi avtomobillə yox, “BakuBus” avtobusu ilə yollanmışdıq. Girişdə avtobus nəzarətçilər tərəfindən saxlanıldı. Əvvəllər bu avtobuslara baxış keçirilmir, birbaşa aeroporta buraxılırdı. İndi vəziyyət dəyişib. 

Avtobusa hava limanının təhlükəsizlik idarəsinin bir əməkdaşı daxil oldu və sərnişinləri diqqətlə süzərək arxa oturacaqlara qədər irəlilədi. Təhlükəsizlik xidmətinin əməkdaşı özü üçün şübhəli hesab etdiyi çantaları əlindəki xüsusi cihazla göstərərək içində nə olduğunu soruşdu. “Şəxsi əşyalar” cavabını aldıqdan sonra bu yoxlama avtobusdakı bəzi sərnişinlərin təəccüblü baxışları ilə başa çatdı. Əslində hər kəs dünyada baş verənlərdən xəbərdardır və hamı bilir ki, bu cür yoxlamalar zəruridir, sərnişiunlərin, onları qarşılayan, yola salanların təhlükəsizliyi üçündür. Ancaq yenə də bir neçə dəqiqəlik ləngiməni və bucür ilkin yoxlamanı faciəyə çeviru=ib üzünü turşudanlar tapılır.

Hava limanının ərazisinə daxil olduqdan sonra qarşılaşdığımız fərqli mənzərələrdən biri xeyli sayda insanın beynəlxalq uçuşların həyata keçirildiyi I terminalın qarşısında toplaşması idi. Əvvəllər sərnişinlər də, onları yola salanlar da, qarşılayanlar da terminallara daxil ola bilirdilər. Hazırda isə onlar terminalı bayırında, açıq havada gözləməyə məcburdurlar.

Ona görə ki, Atatürk hava limanında törədilən terror aktı məhz terminalın giriçində, nəzarət-buraxılış punktuna çatmamış həyata keçirilmişdi. Bu üzdən artıq təhlükəsizlik tədbirlərini terminalın bayırından, sıfırdan başlamaq zəruri olub.

İndi beynəlxalq terminala yalnız uçuş bileti olan sərnişinlər buraxılır. Onlar terminalın çölündə pasportlarını və biletlərini təqdim edərək terminal daxil ola bilirlər. İndi sərnişinlərlə onları yola salanlar terminalın bayırında sağollaşmalıdırlar. Təbii ki, bunu narazılqıla qarşılayanlar da var. Onlar yoxlama işlərinin açıq havada, günün altında aparılmasından narazı idilər. 

I terminalın çıxış qapısının qarşısı isə daha izdihamlı görünürdü. Çünki burada gələnləri qarşılayan xeyli sayda insan, taksi sürücüləri, turizm şirkətlərinin əməkdaşları vardı. 
Onlar da gözləmək üçün şəraitin olmamasınndan narazıydılar. Yəqin ki, yaxın gələcəkdə insanların rahatlığı üçün müvafiq şərait yaradılacaq.. 

II terminalda isə hava limanının təhlükəsizlik xidmətinin əməkdaşları terminal ərazisində xüsusi təlim görmüş itlərlə yoxlama aparırdılar. Bu itlər narkotik maddələrlə yanaşı, partladıcı maddələri aşkarlamaq işində də faydalı ola bilirlər

Əlbəttə, bütün yeniliklər kimi, aeroportda tətbiq edilən yeni qaydalar da bir müddət, insanlar vərdiş edənə qədər narahatlıq doğurur, sonra hər kəs öyrəşir. Bir mənzilə çatmaq üçün yola çıxarkən, üç-dörd dəqiqə vaxt itirmək, bir dəfə artıq yoxlamaya məruz qalmaq bir şey deyil, yarım saatdan sonra unudulası detaldır, əsas məsələ isə salamatlıqdır.


İlkin MURADOV
Fotolar müəllifindir

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR