İnsanlara hürriyət, millətlərə istiqlal!

Serj Sarkisyanı öldürmək istəyiblər və o, tələsik ölkədən gedib

3792 17.01.2017 14:14 Region A A
Ermənistan prezidenti Serj Sərkisyana sui-qəsd cəhdi olub. 

Virtualaz.org xəbər verir ki bu haqda Ermənistanda nəşr olunan “Joqovurd” qəzeti yazır. “Bizə çatan məlumata görə insidentdən sonra prezident iqamətgahının mühafizəsi gücləndirilib”-məlumatda deyilir. 

Dövlət Mühafizə Xidmətinin rəisi Qraçya Arutyunyan ancaq onu deyib ki, mühafizə xidməti işini tam həcmdə görür. Bu kiminsə xoşuna gəlməyə bilər, ancaq biz sadəcə işimizi görürük”-o deyib.

Qəzet yazır ki, Serj Sərkisyanın yanvarın 5-də heç kimin gözləmədiyi halda məzuniyyətə getməsi də bu sui-qəsd cəhdi ilə bağlı ola bilər. Çünki Ermənistan rəhbərliyi hər il ənənəvi olaraq yanvarın 6-da Eçmiədzində yeni il münasibətilə dini mərasimdə iştirak edirdi. 

Bu il isə Sərkisyan ənənəni pozub. Onun qəfil məzuniyyətə çıxmasının səbəbinin səhhəti ilə bağlı olduğu ehtimal edilirdi, ancaq qəzet yazır ki, ola bilsin Sərkisyan bu yolla potensial təhlükədən xilas olmaq istəyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR