İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda 3 erməni gəncin meyiti tapılıb

1428 15.01.2017 14:45 Region A A
Yanvarın 15-də Ermənistan paytaxtında üç gənc kişinin meyiti aşkar edilib. 

Bu barədə musavat.com erməni mətbuatına istinadən xəbər verir.  Səhər saat 10 radələrində xəstəxanalardan birindən polisə məlumat verilib ki, Nazarbekyan küçəsində 22 yaşlı oğlanın meyiti tapılıb. 

Hadisə yerinə gedən polis sözügedən ünvanda daha iki gəncin cəsədini aşkarlayıb. 

Məlumata görə, onlar qarajdakı avtomobildə ölü vəziyyətdə tapılıblar. Hələlik ölənlərin şəxsiyyəti müəyyən edilməyib. 

İlkin məlumatlara görə, gənclər dəm qazından ölüblər. Erməni mediasının yaydığı məlumatda deyilir ki, ölənlərdən ikisi qardaşdır, onlardan biri xilasedici işləyirmiş.

Cavid TURAN, 
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR