İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Şurası Rusiyaya 24 saat vaxt verdi

6454 29.01.2015 01:47 Region A A

Avropa Şurası Parlament Assambleyası (AŞPA) qış sessiyasının 3-cü günü çərçivəsində Rusiya əleyhinə qətnamə qəbul edib. Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, qətnamədə Ukrayna Ali Radasının və Ukraynanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Nadejda Savçenkonun azad edilərək Ukraynaya və ya üçüncü ölkəyə təhvil verilməsi tələbi ilə Moskvaya 24 saat vaxt verildiyini bildirən bənd də var.

Bu barədə Ukraynanın xarici işlər naziri Pavel Klimkin twitter-də yazıb.

Xatırladaq ki, Savçenko Ukrayna hərbi hava qüvvələrinin qadın pilotudur. Ötən ilki növbədənkənar parlament seçkilərində o Ali Radaya deputat seçilib.

Musavat.com  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR