İnsanlara hürriyət, millətlərə istiqlal!

Ramil Usubovun yubiley günü

5007 22.12.2018 09:05 Ölkə A A

Deputatlar nazir haqqında danışdılar

Dekabrın 22-si Azərbaycan Respublikasının daxili işlər naziri, polis general-polkovniki Ramil Usubovun doğum günüdür. DİN rəhbərinin 70 yaşı tamam olur.

Usubov Ramil İdris oğlu 1948-ci ildə Xocalı rayonunda anadan olub. 1973-cü ildə N.Rizayev adına Bakı Xüsusi Orta Polis məktəbini, 1980-ci ildə isə SSRİ DİN-in Akademiyasını bitirib. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib.

1970-ci ildən daxili işlər orqanlarında xidmət edir. Cinayət-axtarış strukturlarında xidmət aparıb, 1975-ci ildə Şuşa rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin rəisi, 1980-1984-cü illərdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini, 1984-1987-ci illərdə Əli Bayramlı şəhər-rayon polis şöbəsinin rəisi vəzifələrində işləyib.

1987-1989-cu illərdə Naxçıvan Muxtar Respublikası daxili işlər naziri təyin olunub, 1989-1993-cü illərdə Azərbaycan Respublikası DİN-in Cinayət Axtarış İdarəsinin rəisi, Pasport İşləri, Viza və Qeydiyyat İdarəsinin rəisi, Kadrlar İdarəsinin şöbə rəisi vəzifələrində çalışıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 avqust 1993-cü il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası daxili işlər naziri təyin olunub.

Azərbaycan Respublikasının Prezidentinin 29 aprel 1994-cü il tarixli 140 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilib.

Azərbaycan Respublikasının Prezidentinin 3 may 1994-cü il tarixli 144 nömrəli Fərmanı ilə general-mayor, 26 dekabr 1995-ci il tarixli 418 nömrəli Fərmanı ilə general-leytenant, 15 yanvar 2002-ci il tarixli 637 nömrəli Fərmanı ilə general-polkovnik hərbi rütbəsi verilib. Ailəlidir, üç övladı var.

Ä°lgili resim

Milli Məclisin üzvləri “Yeni Müsavat”a açıqlamaları zamanı cənab Usubovun keçdiyi yola nəzər salıb onun haqqında yüksək fikirlər söylədilər və ona ünvanlı səmimi təbriklərini dilə gətirdilər.

Deputat Vahid Əhmədov “Yeni Müsavat”a dedi ki, R.Usubov uzun müddətdir bu vəzifəni icra edir: “Ramil müəllim artıq 25 ilə yaxındır daxili işlər naziri vəzifəsində çalışır. Bu dövrdə Azərbaycanda stabilliyin qorunub-saxlanmasında böyük xidmətləri var. O cümlədən yeganə nazirdir ki, hansısa şikayətlər ona ünvanlananda bütün məktubları şəxsən özü imzalayır. Mənə gələn bütün məktublara özü imzasını qoyur. Yəni bu kimi məsələlərdə həddindən artıq diqqətlidir. Həmçinin ərizəçilərin şikayətlərini çox diqqətlə araşdırır, onları nəzarətə götürür, prosesi sonadək izləyir, axıra çatdırır”.

Ä°lgili resim

V.Əhmədov xüsusilə qeyd etdi ki, cənab nazir Azərbaycan dövlətçiliyinə, müstəqilliyinə və ölkə prezidentinə sadiq səlahiyyət sahiblərindən biridir: “Azərbaycanın müstəqilliyinin qorunub-saxlanmasında, stabilliyin bərqərar olunmasında xüsusi rolu var. Düzdür, bütün bunların başında dövlət başçısı dayanır. Amma Ramil Usubov daxili işlər orqanlarına rəhbərlik edən nazir olaraq bu vəzifələrin öhdəsindən kifayət qədər yaxşı gəlir”. Deputat sonda 70 illiyik yubileyi münasibətilə DİN başçısına can sağlığı, uzun ömür, işlərində uğurlar arzuladı.  

Deputat Fazil Mustafa ile ilgili görsel sonucu

Deputat Fazil Mustafa bildirdi ki, Ramil Usubovun 70 illiyi həqiqətən də Azərbaycanın görkəmli dövlət xadiminin yubiley tarixidir: “Hesab edirəm ki, Ramil Usubovun Azərbaycan dövlətinin möhkəmlənməsində, xüsusilə də cinayətkarlığa qarşı mübarizədə tutduğu prinsipial mövqe və ən ağır zamanlarda Azərbaycan dövlətinin başının üstünü kəsən təhlükələrdən qurtarma istiqamətində atdığı peşəkar addımlar Azərbaycanın dünya səviyyəsində normal dövlətə çevrilməsinə imkan yaradıb. Məhz onun peşəkarlığı sayəsində dövlətə qarşı olan bir çox addımların da qarşısı alınıb”. F.Mustafa qeyd etdi ki, R.Usubov həm də millət vəkillərinə qanunun imkan verdiyi çərçivədə ən həssas yanaşan nazirlərdən biridir: “Ona cəmiyyətdə baş verən bütün problemli məsələlərlə bağlı sorğulara dərhal cavab verən, şəxsən özü birbaşa maraqlanan və millət vəkillərini arayıb özü problemlə maraqlandığını dəfələrlə göstərən bir dövlət adamıdır. Bu xüsusiyyət olduqca vacibdir. Çünki istər cəmiyyətin problemlərinə həssas münasibət göstərən bu cür dövlət xadimlərinin olması ən azı dövlətin problemləri haqqında düşünən insanların cəmiyyətdə, dövlət aparatında faydalı işlər görməsinin bir nümunəsidir. Ona görə də mən cənab nazirə uğurlar, can sağlığı arzulayıram və ümid edirəm ki, Ramil Usubovun təcrübəsindən həmişə Azərbaycan cəmiyyəti və dövləti yararlanacaq”.

Deputat Qüdrət Həsənquliyev ile ilgili görsel sonucu

Deputat Qüdrət Həsənquliyev bildirdi ki, ictimaiyyət Ramil Usubovu  Prezidentin komandasının ən peşəkar və sadiq üzvlərindən biri hesab edir: “Onun peşəkarlığı tutduğu vəzifənin tələb etdiyi həddə soyuqqanlılığı, cəsarəti ,bacarıqlı olması və işgüzarlığı ilə xarakterizə olunur. O və  onun rəhbərlik etdiyi Daxili İşlər Nazirliyi çətin bir coğrafiyada yerləşən ölkəmizdə sabitliyin və təhlükəsizliyin qorunub-saxlanılması istiqamətində Prezidentin siyasətini uğurla həyata keçirməkdədir”. Q.Həsənquliyev DİN rəhbərinin fəaliyyətini yüksək qiymətləndirdi: “Ramil müəllim nazir olduğu dövrdə ətrafında öz vəzifələrinin öhdəsindən layiqincə gəlməyi bacaran  istedadlı gənclərdən ibarət komanda formalaşdırmış, gələcəkdə varisliyin təmin olunması üçün zəruri və sistemli işlər görmüşdür. İşinə və bir insan kimi təvazökarlığına görə Prezidentin etimadını qazanmışdır. Qeyd etdiyim və etmədiyim  keyfiyyətlərinə görə hətta ləyaqətli rəqibləri  belə, bir dövlət xadimi kimi onun  istedadını və özünə ”yox" demək  bacardığını etiraf edir, ona həmişə sayğı və hörmətlə  yanaşırlar.  Mən Ramil müəllimi böyük yubileyi münasibətilə təbrik edir, möhkəm can sağlığı, xoşbəxtlik, çətin və şərəfli  işində uğurlar arzulayıram".

Deputat Zahid Orucun ile ilgili görsel sonucu

Deputat Zahid Orucun sözlərinə görə, şübhəsiz, dövlət adamlarının yubiley yaşları şəxsi tərcümeyi-hallarından daha çox, millət qarşısında hesabatdır və ictimai-siyasi mahiyyətli hadisədir: “General-polkovnik  Ramil Usubovun  adı çəkilərkən hamı onu yüksək siyasi ideallara, peşəkarlığa və dövlət ərkanına mənsub insanlardan biri kimi xarakterizə edir, bunu ilk növbədə, müstəqilliyimiz üçün həlledici  xarakter daşıyan illərdəki tarixi xidmətlərilə əlaqələndirirlər. Özünü hər cür təmtəraqlı sözlərdən kənar tutmasına baxmayaraq, ədalət naminə qeyd etməliyik ki, postsovet məkanı ölkələri sırasında yüksək daxili təhlükəsizlik şəraitini formalaşdrımağa qadir olan güc strukturları sırasında Azərbaycanın xüsusi yer tutmasında dövlətimizin yürütdüyü  siyasi və iqtisadi kursla yanaşı, ölkə başçısının etimadını daim üzərində saxlamağı bacaran Ramil Usubovun rəhbərlik etdiyi qurumun xidmətləri danılmazdır. 90-cı illər Azərbaycanının strateji bölgələrindən biri olan Naxçıvanda yaşanan sərt sınaqlar fonunda  böyük Heydər Əliyev ən yaxın silahdaşlarını və gələcək siyasi komandasını da seçməli olmuşdu. Bəlli olduğu kimi, xaricdən yönələn təcavüz aktlarını dəf edərkən o vaxt muxtar respublikanın daxili işlər orqanları əsil döyüşçü kimi hərəkət edir, müharibənin ağırlığını çiyinlərinə götürməkdən çəkinmirdilər. O biri yandan Bakıdan Naxçıvana yönələn əsassız və cinayətkar hücumların da qarşısına çıxan qüvvələrin səngərində bölgə əhalisinin ən fədakar hissələri ilə bərabər, polis orqanları misilsiz yer tuturdular”.

Z.Oruc daha sonra bunları söylədi: “Bir vaxtlar imperiyanın zirvəsində dayanan və minlərlə şəxsi özünün sərt imtahanından keçirərək onlara kamillik , yetkinlik vəsiqəsi verən Heydər Əliyev  qarşısındakı insanın dərin dövlət məsuliyyətini, sədaqətini və ləyaqətini yüksək qiymətləndirərək,  ölkə tarixinin ən ağır dövründə ona Azərbaycanın Daxili İşlər naziri vəzifəsini tapşırması son dərəcə düşünülmüş qərar idi və zaman Siyasət patriarxının doğruluğunu dəfələrlə sübuta  yetirdi. Ramil Usubov bütün fəaliyyəti boyu liderindən qəbul etdiyi etimadı heç vaxt unutmadı və xalq qarşısında hər zaman özünə tələbkarlıqla yanaşan insan obrazında qalmaqda davam edir. Ötən on illər təsdiqlədi ki, vəzifə mövqeyində sabitlik, ardıcıllıq, cəmiyyətdən gələn çağırışlara münasibətdə həssaslıqla bərabər, ən ümdə vəzifə dövlətin Birinci şəxsinin irəli sürdüyü strateji kursa dönmədən əməl etməyi bacarmaq, hüquq mühafizə orqanları və Silahlı Qüvvələr arasında vacib əməkdaşlıq müstəvisini formalaşdırmağa qadir olmaqdır”.

Deputatın fikrincə, ona görə də prezident İlham Əliyevin öz komandasında dəyər verdiyi insanlar sırasında general Ramil Usubovun xüsusi yer tutduğunu bütün xalq görür: “Təmsil etdiyim bölgənin yüzlərlə problemi ilə bağlı nazir kimi Ramil müəllimə müraciət edərkən nə qədər böyük dəstək verildiyini söyləməyimiz qədirbilənlik borcumuzun nümayişi olar. Ona görə də hörmətli cənab nazirin yubileyini təbrik edərkən ona minlərlə sadə və sıravi insanın ən səmimi arzularını, diləklərini çatdırmaq istərdim. Bəli,  Ramil müəllim, sistem adamıdır.O sərt və möhkəmlik tələb edən bir qurumun nümayəndəsi olsa da heç zaman xeyirxahlığından, humanisliyindən geri durmadı və bununla da 100 illik dövlətçilik irsinə böyük töhfələrini verməyi bacardı. Biz ona cansağlığı diləklərimizi çatdırarkən yalnız bir söz deyirik: insanlığı rütbəsindən böyük olan adamlar bu millətin tarixində hər zaman hörmət və ehtiram sahibi olacaqlar!”

 “Ramil müəllim ilk öncə professionaldır. Çünki Ramil müəllim hələ sovet dövründə polis akademiyasını bitirmiş peşəkar milli kadrlardan biridir”.

Ä°lgili resim

Bu fikirləri isə deputat Çingiz Qənizadə qəzetimizə söylədi. O, əlavə etdi ki, R.Usubov gözəl idarəedici qabiliyyətə malik bir şəxsiyyətdir: “Ramil müəllim say hesabı ilə ən böyük qurumlardan birinə rəhbərlik edən nazirdir. Bu qurumun ictimai-siyasi sabitliyin bərqərar olması, cinayətkarlığa qarşı mübarizədə barışmaz  mövqe nümayiş etdirməsi təbii ki, cənab nazirin iradəsindən asılı olan məsələdir. Yəni biz başqa qurumlarda da birinci şəxslərin vəzifədə olduğu zaman onların əməkdaşlarının hansı işlərlə məşğul olmasının şahidi olmuşuq. O baxımdan hesab edirəm ki, polisin 1994-cü ildən bu günə qədər olan uğurlarının hamısı Ramil müəllimin professional idarəçilik qabiliyyətindən və tələbkarlığından irəli gəlir. Ramil müəllim olduqca mehriban bir insandır və o, ünsiyyətdə olduğu şəxslərə qarşı həmişə səmimiliyi ilə fərqlənir”. Ç.Qənizadə DİN rəhbərinin parlamentarlara münasibətdə həssaslığından da bəhs etdi: “Millət vəkillərinin zəng edərkən danışa bildiyi nazirlərdən biri də Ramil müəllimdir. O, millət vəkillərinin hər birinin müraciətinə həmişə diqqətlə və hörmətlə yanaşan nazirdir”. Deputat R.Usubovun gözəl ailə başçısı olduğunu da qeyd etdi: “Ramil müəllimin gözəl övladları var. Onlardan biri polis generalıdır və hər birimiz deyə bilərik ki, peşəkar zabit yetişdirilib və DİN-in mühüm bir sahəsinə - Baş Təhqiqat və İstintaq İdarəsinə bu gün rəhbərlik edir. Bu, təbii ki, aldığı təhsilin və tərbiyənin nəticəsidir ki, gənc bir kadr artıq belə bir qurumda, belə bir sahəyə rəhbərlik edir”.

Ç.Qənizadə daha sonra bunları bildirdi: “Azərbaycan dövlətinin əldə etdiyi ictimai-siyasi sabitliyin bugünkü təməlində, bərqərar olmasında və varlığında R.Usubovun və onun əməkdaşlarının, Azərbaycan polisinin danılmaz xidmətləri var. Hər bir Azərbaycan vətəndaşı ölkədəki bu əmin-amanlığa, sabitliyə görə təbii ki, dövlət başçımıza minnətdardır. Bir məqamı xüsusi qeyd etməliyik ki, bu sabitliyin əldə olunmasında polisin fəaliyyəti danılmazdır.  Mən Ramil müəllimə 70 illik yubileyi münasibətilə xoş arzularımı çatdırıram, uzun ömür arzulayıram. Ona həvalə olunan bütün vəzifələrdə, istər bu gün, istər gələcəkdə həmişə uğurlar arzulayıram”.

ramil usubov ile ilgili görsel sonucu

“Yeni Müsavat” Media Qrupu cənab R.Usubovu 70 illik yubileyi münasibətilə təbrik edir, ona sağlam, uzun ömür, fəaliyyətində uğurlar arzulayır!

Elşad PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR