İnsanlara hürriyət, millətlərə istiqlal!

Rafiq Hüseynovla vida mərasimi başa çatıb - FOTOLAR+YENİLƏNİB

3251 03.11.2017 10:21 Ölkə A A

Millət vəkili Qənirə Paşayeva xalq artisti Rafiq Hüseynovun vida mərasiminə qatılıb.

Musavat.com xəbər verir ki, millət vəkili mərhumun ailə üzvləri ilə görüşüb və onlara mənəvi dəstək olub. Daha sonra jurnalistlərin suallarına cavab verən Q.Paşayeva xəstəxanada  xalq artisti ilə görüşdüyünü bildirib: "Rafiq bəy xaricdə xəstəxanada yatanda ona baş çəkdim, xeyli söhbət etdik. Həyat dolu idi, ölmək istəmirdi. Deyirdi ki, görüləcək çox işləri var. Həqiqətən, televiziya əməkdaşlarının ondan öyrənəcəyi çox şey var idi. Rafiq müəllim gözəl səsə malik, peşəkar diktor idi. Yeri hər zaman televiziyada görünəcək.

Onun sağalması üçün ölkənin vitse-prezidenti Mehriban Əliyeva əlindən gələni etdi. Ona maddi və mənəvi dəstəyini göstərdi, ailəsi də daim yanında oldu. Tibbin bütün imkanlarından istifadə olunsa da, Rafiq müəllimi xilas etmək mümkün olmadı. Allah rəhmət etsin. Yeri cənnət olsun".

****

Xalq artisti, məşhur diktor Rafiq Hüseynovla vida mərasimi keçirilib.

Musavat.com xəbər verir ki,  Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında baş tutan mərasim saat 10:00-da başlayıb və 12:00-dək davam edib.

Xalq artistinin son görüşünə sənət dünyasının tanınmış simaları və ailə üzvləri qatılıb.

Vida mərasimi başa çatıb. Mərhum II Fəxri xiyabanda dəfn olunacaq. Onun yas mərasimi isə Heydər Məscidində keçiriləcək.

Qeyd edək ki, Rafiq Hüseynov Almaniyanın Düsseldorf şəhərindəki klinikalardan birində dünyasını dəyişib. O, xərçəngdən əziyyət çəkirdi. 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR