İnsanlara hürriyət, millətlərə istiqlal!

Qurban Qurbanov: AFFA-nın yeni rəhbərliyinə uğurlar arzulayıram

738 02.04.2024 22:46 İdman A A

AFFA-nın yeni rəhbərliyinə uğurlar arzulayıram. Hansısa qərarda gecikməməliyik.

"Report" xəbər verir ki, bunları AFFA-nın İcraiyyə Komitəsinin üzvü seçilən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

51 yaşlı mütəxəssis ona etimad göstərdikləri üçün milli assosiasiyanın rəsmilərinə təşəkkür edib: "Təkliflər müzakirə olunacaq. Bu gün üçün fikir bildirə bilmərəm. İcraiyyə Komitəsinin ilk görüşü formal xarakter daşıdı. Sonra ilk müzakirələr başlayacaq. Biz də toplantılarda öz fikirlərimizi bildirəcəyik. İmkan daxilində bunu edəcəyik. Sadəcə, hansısa qərarlarda gecikməməliyik. Millinin baş məşqçisi ilə bağlı isə müzakirə aparmamışam. Məncə, məsələ həll olunub. Bəzi detallar qalıb".

Qurbanov Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanmaq ehtimalı barədə danışıb: "Format dəyişilib. Amma təsnifat mərhələləri eynidir. Qarşımıza qrup hədəfi qoyuruqsa, 8 matçda qalib gəlməliyik. Hər turnirdə maksimumu hədəfləyirik. Futbolçuları sağlam saxlamaq istəyirik və məsuliyyətli olub qarşılaşmalara çıxacağıq".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR