İnsanlara hürriyət, millətlərə istiqlal!

Köçəryanın ofisi revanşist keşişlə görüşü təkzib etdi

507 03.05.2024 15:45 Region A A


Ermənistanın ikinci prezidenti Robert Köçəryanın ofisi Tovuzqala (Tavuş) istiqamətində keçirilən aksiyalarda əsas rol oynayan Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyanla görüşü barədə məlumatı təkzib edib.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir. “Belə bir görüş olmayıb. Bu, hakimiyyətin növbəti saxtakarlığıdır”, - Ermənistan Respublikasının ikinci prezidentinin ofisinin koordinatoru bildirib.

Məlumatda qeyd olunur ki, bundan əvvəl mətbuatda Baqrat Qalstanyanın guya İrəvanda, o cümlədən bütün ermənilərin katolikosu II Qaregin və Ermənistanın ikinci prezidenti Robert Köçəryanla görüşlər keçirməsi, müxtəlif bəyanatlar və müraciətlərin yayıldığı barədə xəbərlər tirajlanıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR