İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qəbələ"nin baş məşqçisi: "Rəhbərlik barəmdə hansı qərarı versə, ona hörmətlə yanaşacam"

1059 24.09.2018 01:55 İdman A A

“Uğursuzluq zolağından çıxa bilmirik. Oyunun gedişatında hansısa inkişaf olsa da, bunu heç kəs qəbul etməyəcək. Komandamızdan hamı qələbə gözləyir. “Qarabağ” bu cür səhvləri bağışlamır. Çox üzgünəm. Cəzalandırılmalı insanlar cəzalanacaqlar. Bu komanda öz yerinə qayıdacaq. Bunu söz verirəm”.

“Report” xəbər verir ki, bunu “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının V turunda “Qarabağ”a səfərdə 1:4 hesablı məğlubiyyətdən sonra deyib.

O, jurnalistlərin digər suallarını da cavablandırıb:

- Liderdən 9 xal geridəsiniz. Çempionluq iddianız davam edir?

- Biz mübarizəmizi aparırıq.

- “Qarabağ” neçənci heyətlə meydana çıxmalıdı ki, xal qazana biləsiniz?

- “Qarabağ”da ikinci heyət yoxdur. Onların hər bir futbolçusu yüksək səviyyəlidir.

- Uğursuzluğun səbəbkarı kimdir?

- Baş məşqçi mənəm və məsuliyyət də mənim üzərimə düşür.

- Tərlan Əhmədovun baş məşqçi postuna gətiriləcəyi barədə yayılan xəbərlər işinizə mane olmur?

- Uzun illərdir bu komandadayam. Rəhbərlik barəmdə hansı qərarı versə, ona hörmətlə yanaşacam. “Qəbələ” üçün ən xeyirlisi nədirsə, o da olsun.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR