İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxda narkokuryer saxlanılıb

477 22.04.2024 08:08 Ölkə A A

Qazaxda narkokuryer saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Musavat.com-a verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən, əvvəllər məhkum olunmuş Nemət Əliyev saxlanılıb.

Ondan 1 kq 630 qram heroin və metadon həbi aşkar edilib.

Araşdırmalar zamanı müəyyən edilib ki, N.Əliyev ölkə ərazisinə qeyri-qanuni yolla gətirilərək Qazax rayon ərazisində gizlədilən narkotiki öz istifadəsi, eləcə də satış üçün əldə edib. Saxlanılan şəxs kuryer fəaliyyətini pul müqabilində həyata keçirdiyini bildirib.

Faktla bağlı Qazax RPŞ-də cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR