İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağa “muxtar” status verilməsə, qayıtmayacağıq” – Babayan

3498 14.10.2023 22:53 Qarabağ xəbərləri A A

“Biz ilk növbədə anlamalıyıq ki, Azərbaycan nəyə, hansı danışıqlara hazırdır”.

Musavat.com xəbər verir ki, bunu Qarabağ canisi Samvel Babayan jurnalistlərlə söhbətində iddia edib.

Babayan ardınca bildirib ki, o, Qarabağ ermənilərinin Qarabağa köçürülməsini real hesab edir.

“Göndərdiyimiz paket hazırdırsa, bu barədə məlumat verəcəyik, bu səlahiyyətləri alacağıq, kimin danışıqlar aparacağını anlayacağıq. İndi bunu müzakirə etməyə çalışmaq yanlışdır. Hər halda, haqqında danışdığım xüsusi proqramların idarə olunması ilə bağlı bu proqram həyata keçirilməlidir, istər “artsax”a qayıdış olsun, istərsə də Ermənistana köçürmə, fərqi yoxdur” - S.Babayan deyib.

O iddia edib ki, Azərbaycan öz daxili problemlərini Ermənistanla müzakirə etmək istəmir.

“Azərbaycan Qarabağ problemini özünün daxili məsələsi hesab edir və bunu sizinlə müzakirə etməyə hazır deyil, amma Qarabağ xalqı bunu öz seçdiyi liderlə müzakirə edirsə, bu, başqa problemdir” - separatçı bildirib.

Sarsaq fikirlərini davam etdirən Babayanın sözlərinə görə, “artsax”a “xüsusi status, muxtar vilayət statusu” verilməsə, “artsax sakinləri geri qayıtmayacaq və ora köçməyəcəklər”.

Samvel Babayan deyib ki, “artsax vətəndaşları”nın təhlükəsizliyini qorumaq üçün müxtəlif mexanizmlər var.

“Nə xarici qüvvələr, nə də orada bizi guya qoruyan qüvvələr, amma sonda məlum oldu ki, belə deyil. Biz özümüzü müdafiə edəcəyik, problemlərimizi özümüz həll edəcəyik” - Babayan sayıqlamalarını belə bitirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR