İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaşinqton və Ər-Riyad arasında tarixi razılaşma: Yaxın Şərqdə...

717 02.05.2024 23:58 Dünya A A

ABŞ və Səudiyyə Ərəbistanı krallığa təhlükəsizlik zəmanətləri verəcək və Qəzza zolağında müharibəyə son qoyacağı təqdirdə İsraillə diplomatik əlaqələrə yol açacaq tarixi pakt üzərində işi başa çatdırmaq üzrədilər.

Musavat.com xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.

Razılaşma HƏMAS-ın 7 oktyabrda İsrailə hücumundan sonra qüvvədən düşmüş müqavilənin yeni variantı olacaq. Agentlik mənbələri bildiriblər ki, danışıqlar son vaxtlar çox sürətlənib, bir sıra rəsmilər yaxın həftələr ərzində razılığa gələ biləcəklərinə ümid edirlər.

Bloomberg hesab edir ki, belə bir razılaşma Yaxın Şərqi potensial olaraq dəyişə bilər. Bu pakt İsrail və Səudiyyə Ərəbistanının təhlükəsizliyini gücləndirməklə yanaşı, ABŞ-ın regionda mövqeyini İran və hətta Çin hesabına gücləndirəcək.

Əgər ABŞ və Səudiyyə Ərəbistanı müqaviləni razılaşdırsalar, İsrailin baş naziri Benyamin Netanyahunu seçim qarşısında qoyacaqlar: ya investisiya cəlb edəcək sazişə qoşulsun, ya da kənarda qalsın. Netanyahu üçün əsas şərtlər Qəzza zolağında müharibəyə son qoymaq və Fələstin dövlətçiliyinə gedən yolda razılaşma olacaq.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR