İnsanlara hürriyət, millətlərə istiqlal!

Polislər bir gündə 28,5 kq-dan artıq narkotik vasitə aşkar ediblər

730 24.03.2024 10:57 Kriminal A A

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 23-də ümumi çəkisi 28,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə Musavat.com-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 24 kiloqramdan artıq marixuana, 3,8 kiloqrama yaxın tiryək, 700 qrama yaxın heroin və metamfetamin, həmçinin 200 ədəd metadon həbi olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR