İnsanlara hürriyət, millətlərə istiqlal!

Pərvindən “Maşın”da olan Ayselə atmaca: “Özünə yaraşanların...”

2543 14.12.2018 15:09 Son xəbər A A

Şou-biznesdə yeni qalmaqalın əsası qoyulub.

Musavat.com xəbər verir ki, aktrisa Pərvin Abiyeva sosial şəbəkədə həmkarı Aysel Nazimə atmaca atıb.

Musavat.com xəbər verir ki, o “Maşın” şouda iştirakçı olan rəfiqəsi, aktrisa Nara Əliyevanın fotosunu paylaşıb və Ayseldən uzaq durmasını deyib:
“Mənim gözəlim, favoritim, axıra kimi sənə dəstəyəm.  Amma bir şərtlə ki, birlikdə çıxdığının yanında dayanma.  Özünə yaraşanların yanında dur”.

Qeyd edək ki, Aysel Nazim Pərvin Abıyevanın “Maşın şou”da səsləndirdiyi “Türkiyədə tanınan yeganə azərbaycanlı aktrisayam” sözlərinə sərt reaksiya vermişdi: “Pərvin deyəsən unudub ki, Türkiyədə məşhur filmlərə çəkilən aktrisalarımız var. Xatırlamırsa, mən ona xatırladaram. Nəsrin Cavadzadə, Könül Nağıyeva, Günay Musayeva kimi aktrisalarımız qardaş ölkədə Azərbaycanı təmsil edirlər. Mən özüm dəfələrlə türk proqramlarına çıxmışam, məşhur aktyorlar qonağım olub. Bu qədər insanın zəhmətini yerə vurmaq, uğurunu inkar etmək olmaz. Sən isə, ay Pərvin, yalnız Bakıda filmlərə çəkilmisən, özü də öz maliyyən hesabına. Mən və adını çəkdiyim aktrisalara pul verib, qonorar ödəyib, filmə çəkiblər, sən isə özün pul vermisən ki, səni filmə çəksinlər”.

Könül
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR