İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyandan Şahramanyana sərt təpki: “Sayğısızlıqdır, cavabı veriləcək”

975 28.03.2024 15:42 Region A A

Ermənistan Baş naziri Nikol Paşinyan keçmiş separatçı rejimin sonuncu başçısı Samvel Şahramanyanın son sayıqlamasına cavab verib.

Bu barədə o, Ermənistan hökumətinin iclasında danışıb.

Paşinyan Şahramanyanın “ləğv edilmiş qondarma qurumun mövcudluğu” ilə bağlı açıqlamasına sərt təpki gösərib:

“Bəli, Ermənistan Respublikasında hökumət var, o da bu zalda oturub. “Qarabağdan didərgin düşmüş bəzi qruplar” Ermənistanın milli təhlükəsizliyinə təhdid yaradan hərəkət və addımlar atırlar, hansısa hökuməti (qondarma qurumu) “mühacir” elan edirlər və sair. Bəli, Ermənistan Respublikasında hökumət var, o hökumət bu zalda oturub”.

Ermənistan baş naziri çıxışının davamında separatçını “sayğısız” adlandırıb:

“Lazım gələrsə, müvafiq addımlar atılmalı və tədbirlər görülməlidir ki, xarici qüvvələr müəyyən dairələrdən istifadə edərək Ermənistanın təhlükəsizliyinə təhdid yaratmasın. Bu, başqa sualdır, amma cavab vermək lazımdır. O mesajlarla ortaya atılanların məsuliyyətlə hərəkət etmək imkanı vardı, amma biz onların bu fürsətlə nələr etdiklərini gördük. Məsələn, kimsə gəlir, mənzil kirayələyir, üstündə də lövhə vurub deyir ki, “biz hökumətik”. Artıq sırf sayğı-sayğısızlıq xəttini keçən və bu məntiqi qəbul edənlərin dövlətə qarşı hərəkətlərinə Ermənistan cavabsız qala bilməz”.

Fransanın “Le Figaro” qəzeti bundan əvvəl keçmiş separatçı rejimi nəzərdə tutaraq Şahramanyana belə bir sualla müraciət etmişdi: “Mühacirətdə dövlət və hökumət varmı?”

Separatçı suala “fəaliyyət və mövcudluqlar”ını İrəvandakı ofislərində davam etdirdikləri cavabını vermişdi./Teleqraf.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR