İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Qareginlə birlikdə Azərbaycanla sərhədə gəldi - fotolar

5221 01.01.2019 12:35 Gündəm A A

Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan ötən gün Azərbaycanla sərhəd bölgəsində yerləşən döyüş postlarına baş çəkib. Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir. Onu bu səfərdə bütün ermənilərin katalikosu İkinci Qaregin və baş qərargah rəisi Artak Davtyan müşayiət edib.

N.Paşinyan əvvəlcə modernləşdirilmiş texnikaya baxış keçirib, onların istehsal tarixi ilə maraqlanıb. Sonra isə döyüş mövqeyində xidmət keçən əsgər və zabitlərlə görüşüb, onların xidmət şəraiti ilə maraqlanıb. Bir neçə hərbçini isə mükafatlandırıb. Onun Azərbaycan əsgərinin postlarına baxdığı anları əks etdirən fotolar da yayılıb.

N.Paşinyan hərbçilərin qarşısında çıxış edib və tost deyib.

Qeyd edək ki, Azərbaycanın Ermənistanla sərhəddə yerdəyişmələr etməsi işğalçı tərəfi bərk həyəcanlandırıb. Konkretləşdirilməsə də, Paşinyanın Tavuş bölgəsinə səfər etdiyi istisna olunmur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR